reklam
Regionxeberlericom.az » Gündəm » "Düşmən Ukrayna ərazisində ödənişləri rublla etdirməyə çalışır" - Rusiyanın son sutkadakı itkiləri AÇIQLANDI

reklam

"Düşmən Ukrayna ərazisində ödənişləri rublla etdirməyə çalışır" - Rusiyanın son sutkadakı itkiləri AÇIQLANDI















“Ukrayna ordusu gün ərzində Donetsk və Luqansk istiqamətində düşmənin yeddi hücumunu dəf edib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna Baş Qərargahı son sutkada Rusiyanın verdiyi itkiləri də açıqlayıb:

“Əsgərlərimiz ruslara məxsus 3 tank, 2 zirehli transportyor, 2 maşın və 2 artilleriya sistemini məhv edib, Orlan-10 PUA-sı vurulub. Rusiya işğalçı qüvvələri bölmələrinin Kiyev vilayətinin şimalından Belarus Respublikası ilə dövlət sərhədinə qismən çıxarılması davam edib. Müxtəlif sayda texnikanın qarışıq karvanlarının hərəkəti qeydə alınıb. Karvanlara ərazilərin müvəqqəti işğalı zamanı ruslar tərəfindən oğurlanmış mülki avtomobillər, yük maşınları, avtobuslar, mikroavtobuslar, minik avtomobilləri də daxildir. Düşmən tərəfindən hərbi əməliyyatlar davam etdirilir. Talan edilmiş əmlakın Kiyev vilayətindən çıxarılması müşahidə olunur”.

Məlumatda qeyd edilir ki, Rusiya hərbçiləri mülki əhalinin gediş-gəlişini məhdudlaşdırır, şəxsi heyətin yerləşdirilməsi üçün yerli sakinlərin mənzillərindən istifadə edir, onları və fəalları girov saxlayır:

“Ukrayna vətəndaşlarına qarşı talan və zorakılıq davam edir. Müvəqqəti işğal edilmiş bəzi ərazilərdə işğalçılar sahibkarları mal və xidmətlərin pulunu rus rublu ilə ödəməyə məcbur edirlər”.


 




Paylaş:


Müəllif : Tarix:
1-04-2022, 12:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər