reklam
Regionxeberlericom.az » Gündəm » “Medistyle Hospital”ın borcu yaranıb, şöbələri bağlanıb? - Xəstəxanadan AÇIQLAMA

reklam

“Medistyle Hospital”ın borcu yaranıb, şöbələri bağlanıb? - Xəstəxanadan AÇIQLAMA


"Medistyle Hospital”ın dövlət vergi xidmətinə külli miqdarda borcu olması ilə bağlı xəbər yayılıb.Hospitaldan məsələ ilə bağlı Sfera.az-a verilən açıqlamada bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir.

"Bir sıra kütləvi informasiya vasitələrində əsası olmayan, qərəzli məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Çünki hospitalın Dövlət Vergi Xidmətinə borcu yoxdur. Xəstəxanamız hazırda da yüksək səviyyədə vətəndaş qəbulunu həyata keçirir. Heç bir şöbəmiz bağlanmayıb".

Hospitaldan qeyd edilib ki, əsassız məlumat yayan şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək.

Qeyd edək ki, mətbuatda nizamnamə kapitalı 3 milyon 948 min 855 manat olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 680 min 897 manat 51 qəpik borcu yarandığı barədə məlumat yer alıb.





Paylaş:


Müəllif : Tarix:
1-04-2022, 15:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər