reklam
Regionxeberlericom.az » Gündəm » Eşqi Bağırovun “təhsil bazarı”… - O da HƏBS OLUNA BİLƏR…

reklam

Eşqi Bağırovun “təhsil bazarı”… - O da HƏBS OLUNA BİLƏR…

















Son illərdə bir neçə təhsil naziri dəyişsə də demək olar ki, təhsilimiz düzəlmək əvəzinə, əksinə geriləməkdə davam edir.

Məsələni uzatmadan qeyd edək ki, bu gün Təhsil Nazirliyinin rəhbərliyində bir nəfər də olsun PEDOQOJİ təhsilli şəxs yoxdur.

Nazirliyin rəhbərliyinin əkəsəriyyəti “Narxoz”un məzunlarıdır.

Cənab nazir Emin Əmrullayevin isə ixtisası politologiyadır.

İndi özünüz nəticə çıxardın.

Bəli, son illərdə Təhsil Nazirliyi sanki “bazar mühitinə” çevrilib.

Bu eybəcər mühitin yaranmasında Eşqi Bağırovun da “zəhməti” çox olub.

Bu adam uzun müddətdir ki, nazirlikdə “kadro” məsələsinə baxır, yəni müasir dillə desək, direktor qoyub çıxartmaqla məşğuldur.

Müəllimlərin təyinatı, yerdəyişməsi də Eşqi müəllimin “kuratsiyasındadır”, yəni məsələyə o baxır.

Hələ bir müddət öncə Beyləqan rayon təhsili ilə bağlı mediada gedən yazıları araşdıran zaman bəlli olur ki, Eşqi müəllimin kadrosu olan Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova yaşları 65-dən yuxarı olan müəllimlərə hədə-qorxu gələrək hərəsindən 1000 manat alaraq onlarla yeni əmək müqaviləsi bağlayıb.

Xuraman Rüstəmova Təhsil Nazirliyinin vacib prosedurlarından keçmədən 40-a yaxın müəllimdən 2000-3000 min manat alaraq işə götürüb.

Xuraman Rüstəmova məktəb direktorlarını işdən qovmaqla hədələyərək hərəsindən xeyli miqdarda pul alıb. Bunu biz demirik aaaa, bütün saytlar bizdən qabaq yazıb.

Və ən əsası odur ki, Xuraman Rüstəmova deyirmiş ki, mənə kimsə heç nə edə bilməz, mənim dalımda Eşqi müəllim durur.

İndi bildinizmi, təhsilimiz niyə bu gündədir..?

Əslində qanunla məktəb direktorlarını yalnız Təhsil Nazirliyi azad edə bilər. Çıxarılan məktəb direktorlarının yeri də vakant verilməli, nazirlik tərəfindən müsabiqədən keçən şəxs direktor təyinatı almalıdır.

Əgər TN-də müsabiqədən keçən yoxdursa, direktorluq vəzifəsi müvəqqəti direktor müavininə həvalə olunur. Müavin bundan imtina edirsə, onda pedaqoji şura çağırılmalı, direktor vəzifəsi müəllimlərdən birinə həvalə edilə bilər.

Yəni direktorların təyinatı qanunla belə olmalıdır. Amma..

Əmması odur ki, Eşqi Bağırovun Xuramanı bu prosedurları kənara atıb direktor kürsüsünu öz bildiyi kimi təyinat aparır.

İndi Eşqi Bağırovun başqa qanunsuz əməllərinə keçək.

Deməli, Eşqi Bağırovun yerlərdəki xanım təhsil müdirlərinin qanunsuz əməllərini ört-basdır etməsi, onlar haqda edilən şikayətləri araşdırmadan məhz onların özlərinə göndərməsi barədə KİV-də yetərincə məlumatlar dolaşıb. Məsələn, vətəndaş yazır ki, rayon TŞ müdirinin qanunsuz əməllərindən dövlət orqanlarına müraciətim araşdırılmadan TŞ-nə göndərilib.

Vətəndaş haqlı olaraq soruşur ki, Təhsil Nazirliyinin məsul şəxsi olan Eşqi Bağırov “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə zidd olaraq mənim şikayət məktubumu şikayət etdiyim vəzifəli şəxsin icraatına necə göndərib?

Şikayətçi onu da qeyd edir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilən son dəyişikliklərə görə, korrupsiya faktlarını ictimailəşdirən şəxslər hər hansı şəkildə təqibə məruz qala bilməzlər: "Dövlətin qanunları bu halları ictimailəşdirən vətəndaşların müdafiəsini təmin edir. Lakin yerlərdən, müxtəlif rayonlardakı məmurlardan edilən şikayətlərin məhz özlərinə göndərilməsi vətəndaşların təhlükəsizliyi üçün risk daşıya bilər. “Vətəndaşların müraciətlərinə baxılması” haqqında qanunda müraciətlərə baxılmasının müddəti və bütün qaydaları aydın yazılıb. Şikayəti rayon təhsil şöbəsi yox, onun yuxarı instansiyası – Təhsil Nazirliyi və ya müvafiq şöbə araşdırmalı idi.

Eyni zamanda Təhsil Nazirliyi şikayəti onun özünə yox, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərməli idi.

Sözün qısası, Eşqi Bağırov qanuna-filana baxmır.

Məsələn, direktor təyinatı ilə bağlı müsabiqədə 100 bal toplayan müəllimləri kənara qoyaraq, razılığını aldığı müəllimləri direktor təyin etdirir və…

Məsələ müzakirə olunanda yüz bəhanə ilə deyir ki, müsabiqənin nəticələri ləğv edilib, yenidən müsabiqə keçiriləcək və s.

Beləcə, Eşqi Bağırov təkcə qanunsuz məktəb direktoru təyinatından nələr götürmür.

Bu adamın bu gün Bakıda milyonlarla dəyəri olan villası və obyektləri var.

Yeri gəlmişkən, mediada yayılan məlumata görə, Eşqi Bağırovun Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyevlə şərikli biznesi var.

Onlar "ALLURE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2008-ci ildə təsis ediblər.

Yeri gəlmişkən, Eşqi Bağırov bu yaxınlarda 80 yaşlı atasını Milli Məclisin mətbəəsinə müdir təyin etdirdi.

Bütün bunları harasa yazmaq olardı. Amma…

Əmması odur ki, ölkə mediası Eşqi Bağırovun online üsulla sələm yığmasından bəhs edir.

Belə ki, ölkənin bir sıra bölgələrində, eləcə də cənub bölgəsində fəaliyyət göstərən məktəblərdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırova məxsus olduğu ehtimal edilən kapitalbank kartı yayılıb. Müəllimlərə edilən çağırışlardan aydın olur ki, Eşqi Bağırovun diqtəsilə onun kartına "onlayn sədəqə" yığılır.

Guya Eşqi Bağırov bu yolla şəhidlər fonduna ianə toplayır.

İndi bildinizmi, Eşqi Bağırov kimdir..?

Amma Eşqi müəllim də deyir ki, mən bütün bu işləri cənab nazir Emin Əmrullayevin tapşırığı ilə edirəm.

Sözün bitdiyi yer.

Yazıda müxtəlif saytların xəbərlərinə istinad etmişik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gunelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
4-04-2022, 11:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər