reklam
Regionxeberlericom.az » Gündəm » Fuad Cam getdi, bəz AVNİ DƏMİRÇİ?.. - İLGİNC İDDİALAR...

reklam

Fuad Cam getdi, bəz AVNİ DƏMİRÇİ?.. - İLGİNC İDDİALAR...


Dünən günün ikinci yarısı xəbər saytları ““Royal Bank”ın rəhbərlərinə hökm oxundu” başlıqlı rəsmi məlumatı tirajladılar.

Biz Gündəlik-Bakı olaraq bir ildən çoxdur bu barədə yazırdıq. Və Avni Dəmirçiyə deyirdik ki, belə bir aqibət səni də gözləyir.

Nə isə, rəsmi məlumatdan bəlli olur ki…

Ləğv olunmuş "Royal Bank”ın direktoru Fuad Cam və onun atası, bankın Müşahidə Şurasının sabiq sədri Əli Camın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəsmi məlumata görə, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fuad Cam 13 il, atası Əli Cam isə 8 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bir neçə il beynəlxalq axtarışda olan "Royal Bank”ın direktoru Cam Fuad Əli oğlu 2020-ci ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır.

Bankın Müşahidə Şurasının sabiq sədri Cam Əli Məhəmmədhəsən oğluna isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə "Royal Bank"a verilən lisenziya ləğv olunub.

Məlumat üçün bildirək ki, qonşu İrana məxsus bu bank uzun illər çirkli pulların yuyulması və kənd təsərrüfatına ayrılan kreditlərin “obnaliçka” edilməsi ilə məşğul olub.

Bu gün eyni əməlləri qardaş Türkiyədə fəaliyyət göstərən “Ziraatbank”ın Azərbaycandakı filialı edir.

Eyni əməlləri törədən və hələ ki cəzasız qalan, “Ziraat Bank”ın ölkəmizdəki filialının sabiq müdiri Avni Dəmirçi hələ də banka “patronluq” edir.

Məlumat üçün qısaca qeyd edək ki, Ziraat Bank qardaş Türkiyənin qosqoca banklarından biridir və 1863-cü ildə qurulub.

Türkiyədə bank sektorunun qurucusu və ölkə iqtisadiyyatının lokomotivi olan Ziraat Bank 159 ildir ki, bank sektorunda liderlik edir.

Bankın ölkə daxili və xaricdə 1.758 filialı, ölkə daxili və xaricdə 24.563 işçisi var.

1758 filialdan biri də Azərbaycandadır.

Yəni bizim bir media olaraq Ziraat Banka qarşı hər hansı bir iddiamız yoxdur.

Söhbət Avni Dəmirçinin qardaş Türkiyənin və Azərbaycanın dövlət maraqlarına cavab verməyən əməllərindən gedir.

Birinci ondan başlayaq ki, Ziraat Bankın Azərbaycanda müdiri olan Avni Dəmirçi hansı əməllərinə görə bankın rəhbərliyindən uzaqlaşdırıldı..?

Ümumiyyətlə, Avni Dəmirçi Azərbaycana neçənci ildə və hansı statusla gəlib ?

Bu adamın Azərbaycanda qanuni-hüquqi oturumu olubmu..?

Görəsən Türkiyədəki bank rəhbərliyinin Avni Dəmirçinin siyasi əməllərindən xəbəri varmı ?

Belə ki, Avni Dəmirçini Azərbaycanda Türkiyə düşməni olan Fətullah Gülənin fanatiki-heyranı kimi tanıyırlar.

Avni Dəmirçi Türkiyənin Azərbaycandakı səfriliyinin heç bir rəsmi tədbirini saymır və qatılmır.

Təsəvvür edirsiniz, bu adam rəsmən Türkiyə dövlətini baykot edir. Belə birisi necə bank sektorunda rəhbər ola bilər..?

Ümumiyyətlə, bu şəxsin Türkiyə cəmiyyətinə bəlli olan cinayət əməlləri niyə gizlədilir ?

Bu sualların sayını xeyli uzatmaq, Avni Dəmirçinin Azərbaycanda dövlət vəsaitlərinin nağdlaşdırılması prosesində iştirakı, onunla 20 MİLYARD çirkli pul yuyan Rza Zərrab arasındakı əlaqələr, hətta cinayətkar qruplarla əlaqələri barədə yaza bilərik.

Biz Ziraat Bankı Türkiyə rəhbərliyindən soruşmaq istəyirik ki, ölkəmizdə fəaliyyət göstərən filialınız bankdır, yoxsa SİYASİ KLUBDUR..?

Sizin filialınızın Bakıdakı rəhbəri Avni Dəmirçi ancaq radikal dini qrupların iclaslarında Fətullah Güləni tərifləməklə məşğuldur…

Biz bir media olaraq Mərkəzi Bankın sədri Elman Rüstəmovdan da soruşmaq istəyirik ki, Avni Dəmirçi “Şapka Mamed”lə, Məmməd Musayevlə fermerlərə ayrılan neçə milyon subsidiyanı mənimsəyiblər..?

Belə olan halda nə üçün “Ziraat Bank”ın lisenziyasını ləğv etmirsiniz..?

Gözləyirsiniz ki, Avni Dəmirçi ölkədən qaçsın və…neçə illər onu axtarasınız..?

Xarırladaq ki, yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
5-04-2022, 11:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər