reklam
Regionxeberlericom.az » Gündəm » Müdafiə Nazirliyi "hə" , ƏƏSMN isə "yox" deyir - Qazi niyə əlillik ala bilmir?

reklam

Müdafiə Nazirliyi "hə" , ƏƏSMN isə "yox" deyir - Qazi niyə əlillik ala bilmir?

Vətən müharibəsinin qazisi Rəsul Hüseynli 1 il 6 aydır ki, əlillik ala bilməməsindən şikayətlənir. Füzuli, Xocalı Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edən qazi postravmatik stress, şəxsiyyət və psixo pozğunluq diaqnozunun olmasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) əliliyin təyinatı ilə bağlı imtina cavabını aldığını deyib. Dia.az-ın məlumatına görə, şikayətlə bağlı AzVision.az -a müraciət edən qazi bildirib ki, 2020 sentyabrında 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə çağrılıb.

- Sentyabrın 27-dən döyüşlərdə iştirak etmişəm. İki dəfə Füzuli uğrunda yaralanmışam. Birinci dəfə oktyabrın 3-ü yanıma mina mərmisi düşdü, kəllə-beyin travması aldım, qulağım eşitmirdi və danışa bilmirdim. Bir həftədən sonra eşitməyim, bir qədər sonra isə danışmağım bərpa olundu. Sonra yenidən döyüşlərə qayıtdım. Oktyabrın 14-də yenidən Füzulidə qəlpə yarası aldım. Hospitalda müalicə alandan sonra Xocavənd istiqamətində döyüşlərə qatıldım, deyən qazi dekabrın 12-də isə yaralı kimi təxris olunduğunu bildirib:

"Müharibədən qayıdandan sonra gecələr yatmamağa başladım, stress pozğunluğu oldu. Psixoloqla görüş fayda vermirdi. 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında müalicə aldım. Hazırda psixiatrla müalicəm davam edir. Dərmanlar içirəm. Dekabr ayında isə Müdafiə Nazirliyinin Hərbi Hospitalına müarciət etdim, müayinələrdən keçdim. Mənə 17b. F43.1 diaqnozları, yəni postravmatik stress, şəxsiyyət və psixi pozğunluq diaqnozu qoyulub. Hospitalın verdiyi sənədin 13-cü maddəsində “sülh dövründə yararsız, müharibə dövründə qismən yararlı” olmağım yazılıb. 14-cü maddədə isə qeyd edilib ki, mütləq şəkildə bir nəfərin müşayiəti ilə hərəkət etməlidir. Yaralı dövründə hərbi hospitallarda yatmağımla bağlı sənədlər də var. Bütün sənədlərimi toplayıb mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə müraciət etdim. Dünən mənə imtina cavabı gəldi və orada imtinanın səbəbi qeyd edilməyib. Ölkənin baş psixiatrı, Hərbi hospital əlillik təyin oluna bilər deyir, amma nazirlik imtina cavabı verir”.



Məsələ ilə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Tural Qurbanov sorğumuza cavab olaraq bildirib ki, Bakı şəhər sakini Hüseynli Rəsul Hüseyn oğlu 15.03.2022 tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

“Şəxsin hazırkı vəziyyətinin müayinəsi zamanı anamnestik məlumatlara əsasən, medikamentoz müalicələr effektiv olub, hazırda yüngül posttravmatik stress pozuntusu əlamətləri qeyd olunur, qəbul etdiyi medikamentlər barədə ətraflı məlumat verib, sualları adekvat cavablandırıb, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər aşkarlanmayıb.

Bu səbəbdən “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq diaqnozun əlillik təyinatına əsas verməməsi barədə qərar qəbul edilib”.




Paylaş:


Müəllif : Tarix:
8-04-2022, 15:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər