Əmlak Komitəsinin hərrac biznesi
Azərbaycanda avtomobillər baha olduğu dönəmdə, dövlətə məxsus avtomobillər özəlləşdirilərək bazar qiymətindən iki dəfə aşağı hərracda satılır.
Hazırda Azərbaycan avtomobil bazarında buraxılış ili 2006-ci il olan "BMW" 320 modelinin qiyməti 13-20 minmanatdək dəyişdiyi halda, Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərracda bu nəqliyyat vasitələri 5200 manata satılıb.
Göründüyü kimi, bu avtomobillərin satış hərracında ciddi müəmma hiss edilir.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Hafiz Babalı deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satışa çıxarılan avtomobillərin hərracı şəffaf aparılmır.
Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarılan avtomobillıərin yalnız adını və buraxılış ilini göstərir:
"Amma həmin avtomobillərin real görüntüləri, texniki vəziyyəti və digər bu kimi məsələlər barədə məlumat verilmir. Burada Əmlak Məsələləri Dövlət Komitəsi şəffalıq tələblərinə əməl etmir. Yəni, satışa çıxarılan əmlak barədə müfəssəl informasiya verilməlidir. Bu şərtlərdən biri həmin avtomobillərin real görüntülərini və onun haqqında ətraflı məlumatı təqdim etməkdir. Hərraca çıxarılan maşınların qəzaya düşüb düşməməsi barədə heç bir məlumat verilmir. Əgər o avtomobillərin bazarda satış qiyməti 10 mindən yüksəkdirsə və 5 min manata hərraca çıxarılırsa, deməli həmin maşınlar istismara yararsız vəziyyətdədir. Məntiq də bunu deyir". (demokrat.az)
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-07-2019, 22:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-07-2019, 22:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54