reklam
Regionxeberlericom.az » Gündəm » Baş Klinik Hospitalda NƏLƏR BAŞ VERİR... - İTTİHAM VAR!

reklam

Baş Klinik Hospitalda NƏLƏR BAŞ VERİR... - İTTİHAM VAR!


“Gündəlik-Bakı”nın redaksiyasına təşrif buyuran Bəhruzi Tehranə Azad qızı barədə qısa məlumat verib, onun dediklərini olduğu kimi dərc edirik.

Tehranə Bəhruzi 7 sentyabr 1985-ci il tarixdə anadan olub. 3 ali təhsili var.

Bəhruzi Tehranə öncə Moskva Şəhər Universitetinin hüquq fakültəsini bitirib.

Sonra Samara Dövlət Universitetində psixologiya fakültəsində tibbi psixologiya ixtisası üzrə təhsil alıb.

Daha sonra Nijqorod Dövlət Universitetini elmi araşdırma, tibbi psixologiya-neyropsixologiya ixtisası üzrə bitirib.

Xanım həm də yüksək idman hazırlığına malikdir.

Tehranə Bəhruzi vətənpərvər xanım kimi 2012-2015-ci illərdə Daxili Qoşunların Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi qulluq edib.

Sonradan 6 il işsiz qalan Bəhruzi Tehranə 18 fevral 2021-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi psixoloq kimi fəaliyyət göstərib.

İşə qəbul olanda 1 il müqavilə ilə və sonradan müddətin uzadılması şərti ilə işə götürülüb.

Tehranə xanımın dediklərindən bəlli olur ki, o qısa vaxtda yeni testlər keçirib, hərbçilərin səhhəti ilə bağlı düzgün tibbi diaqnozun qoyulmasına nail olub.

Tehranə xanımla eyni şöbədə çalışan Sevinc Abbasovanın heç bir ali təhsili olmayıb.

Sevinc Abbasovanın atası ilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Firudin Nəbiyev yaxın dostdular. Məhz buna görə də heç bir ali təhsili olmayan Sevinc Abbasova hazırda Baş Klinik Hospitalda işlədiyi halda, 3 ali təhsili olan və öz ixtisası üzrə çalışan Tehranə Bəhruzi guya müqavilə müddətinin başa çatması bəhanəsi ilə işdən çıxarılıb.

Və Firudin Nəbiyevin öz qızı Qospitalın poliklinikasında işlədiyi halda onu işdən azad edilən Tehranə Bəhruzinin yerinə gətiriblər.

Müxbirimizin “ Sizi nə üçün işdən azad elədilər, ali təhsili olmayan Sevinc Abbasovanı isə işdə saxladılar ?” sualına Tehranə xanım belə cavab verdi:

Mən işlədiyim müddətdə hərbçilərin psixoloji durumu ilə bağlı obyektiv diaqnozlar verirdim. Bu isə Hospitalın rəisi Roman Çobanovu və Baş Tibb İdarəsinin rəisi Firudun Nəbiyevi qane etmirdi. Çünki onlar hərbçilərə 8-10 min manat rüşvətin qarşılığında saxta diaqnozlar qoyaraq təqaüdə göndərib, ordudan tərxis edirdilər. Mən saxta diaqnozların əleyhinə idim. Mənim qoyduğum obyektiv diaqnozları cırıb ataraq yerinə saxta diaqnozlar qoyurdular. Mən hər dəfə buna etiraz edirdim. Bu məsələdə mənim iş yoldaşım, ali təhsili olmayan Sevinc Abbasova da mənə qarşı hərəkətlər edirdi. Ona görə də məni işdən azad edib, yerimə Firudin Nəbiyevin qızını gətirdilər ki, korrupsiya və rüşvət hallarını bilən olmasın.

Əslində isə ata və qızının bir yerdə işləməsi korrupsiya haqqında qanuna ziddir.

Müxbirimizin “Sizə qarşı haqsızlıqlar nə vaxt başladı ?” sualına Tehranə Bəhruzi belə cavab verib:

Bütün bunlar Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsinə Kərim Vəliyev təyin olunandan sonra başladı. Kərim Vəliyev rəis olan kimi Roman Çobanovu gətirib Hospitala rəis qoydu və mənə təzyiqlər başladı.

Yeri gəlmişkən, Kərim Vəliyevin bacısı oğlu və adyutantı Toğrul Carçıyevin həyat yoldaşı da Hospitalda şöbə müdiridir. Yəni Hospitalda baş verən bütün qanunsuzluqlardan Kərim Vəliyevin xəbəri var.

Tehranə xanımla söhbətdən o da məlum oldu ki, hələ Aprel döyüşlərindən qabaq Toğrul Carçıyev məclislərin birində deyib ki, görün onun başına hansı oyunları açacağıq və şef də rəis olacaq.

Söhbət zamanı o da bəlli oldu ki, vətənpərvər xanım olan xüsusi təyinatlı Tehranə Bəhruzi həm də dünya gözəllik müsabiqəsinin qalibi olub.

Bəli, həm xüsusi təyinatlı, həm 3 ali təhsilə malik olan, üstəlik Miss Top of the World müsabiəqsinin qalibi olan, Dünya gözəli işsizdir.

Tehranə xanım bildirdi ki, öz hüquqları uğrunda sonadək mübarizə aparacaq.

Biz də bu yolda Tehranə Bəhruziyə hər cür media dəstəyi verməyə hazırıq.

Yaxın günlərdə Tehranə Bəhruzinin geniş video-müsahibəsi ilə tanış olacaqsınız. //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
9-04-2022, 12:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər