reklam
Regionxeberlericom.az » Gündəm » AzTV direktorunun sabiq birinci müavini Rövşən Məmmədovu 2 dəfə məhkəmədə uddu - Baş mühəndisdən AĞIR İTTİHAMLAR

reklam

AzTV direktorunun sabiq birinci müavini Rövşən Məmmədovu 2 dəfə məhkəmədə uddu - Baş mühəndisdən AĞIR İTTİHAMLAR

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) texniki direktorun birinci müavini vəzifəsində çalışmış Knyaz Mehdiyev işdən çıxarıldığına görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədovu məhkəməyə verib.

regionxeberlericom.az xəbər verir ki, bu barədə Demokrat.az-a açıqlamasında Knyaz Mehdiyev özü məlumat verib.

O bildirib ki, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb.

"Mən məhkəmənin çıxardığı qətnamələri özümlə götürərək, AzTV-yə işimi davam etdirməyə getdim. Ancaq Rövşən Məmmədovun tapşırığı ilə məni qanunsuz şəkildə işə buraxmadılar. Məhkəmənin qərarını onlara göstərirəm, ancaq Rövşən Məmmədov onu heçə sayır. Adam məhkəmənin qərarını saymır, hegomonluq edir. Mən 30 ildir ki, dövlət televiziyasında çalışıram, Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən Fəxri adlar almışam. “Əməkdar mühəndis” adını hər adama vermirlər. Amma cənab Prezident mənə bu adı verib. Cənab Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi olan çox hörmətli Əli müəllim Həsənov özü şəxsən mənə vəsiqəni təqdim edib. Baş mühəndis, direktorun birinci müavini vəzifəsinə kimi yüksəlmişəm. İndi təcrübəsiz adamlar məni qanunsuz şəkildə işdən çıxarır, məhkəmənin qərarlarına qarşı çıxaraq açıq şəkildə hegomonluq edir. Mən üzləşdiyim böyük haqsızlıqlarla əlaqədar cənab Prezident İlham Əliyevə müraciət hazırlayıram. yaxın günlərdə bunu ictimailəşdirəcəm".



Paylaş:


Müəllif : Tarix:
9-07-2019, 09:55
Sikayət   


loading...
Загрузка...