Bayden Ukraynadakı hadisələri "soyqırım" adlandırdı
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq "soyqırım" adlandırıb .
O, Ayova ştatında çıxışı zamanı deyib ki, amerikalıların büdcəsi diktatorun başqa ölkədə soyqırım törədib etməməsindən asılı olmamalıdır.
“Sizin ailə büdcəniz, yanacaq çəninizi doldurmaq qabiliyyətiniz, bütün bunlar diktatorun müharibə elan edib-etməməsindən və dünyanın yarısı üçün soyqırım törətməsindən asılı olmamalıdır”, - deyə ABŞ Prezidenti bildirib.
Bayden həmçinin deyib ki, o, “Putinin qiymət artımları” ilə mübarizəyə kömək etmək üçün strateji neft ehtiyatından gündə bir milyon barel neftin buraxılmasına icazə verib.
Qeyd edək ki, Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bir müddət əvvəl Rusiyanın Ukraynadakı vəhşiliklərinin səviyyəsinin “soyqırım səviyyəsinə yüksəlmədiyini” bildirmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2022, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər