reklam
Regionxeberlericom.az » Gündəm » "Smartdom" MMC Bakıda QOÇULUQ EDİR... - ÖZBAŞINALIQ!

reklam

"Smartdom" MMC Bakıda QOÇULUQ EDİR... - ÖZBAŞINALIQ!
















Bakıda bir qrup sakin tikinti şirkətinin özbaşınalığına etiraz aksiyası keçirib. Yasamal rayonu A.M. Şərifzadə və İ. Talıblı küçələrinin kəsişməsində yerləşən 192 və 24 A, 26, 28 saylı binaların sakinləri onlarla razılaşdırılmamış, həmçinin ərazidəki binaların sakinləri köçürülməmiş binaların ətrafının hasarlanmasından şikayət edirlər. Dia.az-ın məlumatına görə, sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, "Smartdom" MMC tikinti şirkəti Şərifzadə 192 ünvanında yerləşən 112 mənzilli binanı alaraq söküb yerində yeni bina inşa edəcək. 1, 74 hektar torpaq sahəsində yeni binanın tikintisinə sakinlərlə qarşılıqlı razılaşmadan sonra başlanılmalı olsa da, tikinti şirkəti artıq ərazinin bir hissəsini hasarlamağa başlayıb.

Sakin Nişad Mehdiyev bildirib ki, ərazidə yerləşən binalardan yalnız birinin sakinləri ilə müqavilə bağlanaraq köçürülüb. Digər binaların sakinləri ilə isə heç bir müqavilə bağlanılmayıb. Buna baxayaraq artıq şirkət sakinləri köçürülən binanı, həyətdəki qarajları sökərək yeni binanın tikintisinə başlamağa hazırlıq işləri görür:

"Burada yaşayan sakinlər bu həyətdən istifadə edirlər. Biz 47 ildir ki, bu binada yaşayırıq. İndi tikinti şirkəti bizə narahatlıq yaradır. Yolumuzu bağlayır, binanı hasara alır".

Sakinlər məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət ediblər. Onların İdarəyə ünvanladığı narazılıq məktubuna rəsmi cavabda da qeyd edilir ki, "Smartdom" MMC yalnız qarşılıqlı razılaşma əsasında, sənədləşmə işləri tam başa çatdıqdan sonra yeni yaşayış binasının tikintisinə başlaya bilər. Buna nəzarət isə Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb.

Biz ərazidə olarkən Yasamal Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarına rast gəlməsək də, ərazidə çoxlu polislər vardı. Sakinlər tikinti şirkətinin onları polislərlə hədələdiklərini bildirdilər. Onlar iddia edir ki, binaların həyətindəki ağaclar kəsilərək tikintiyə hazırlıq işləri aparılır. Sakin Ziya Məmmədov deyir ki, ərazi hasara alındıqdan sonra onlar blokada şəraitində yaşamalı olacaqlar: "Qərarda da göstərilib ki, ərazidəki dörd binanın sakinləri ilə razılaşdırıldıqdan sonra tikintiyə başlanılmalıdır. Amma şirkət yalnız bir binanın sakinləri ilə razılaşıb. Buna baxmayaraq bütün ərazini hasara alıb. Digər üç binanın sakinləri çətin durumda qalıb".

Digər sakin Əliağa Cəbrayılov binaların 1963-cü ildə inşa edildiyini söyləyib. Onun sözlərinə görə, artıq tikinti şirkətləri həyətin bir hissəsini hasara alıb. Digər binalarda yaşayan sakinlərin şikayətini isə qəti nəzərə almır.

Yaşayış binalarının həyətində tikintiyə hazırlıq işlərinin aparıldığının biz də şahidi olduq. Artıq həyətin bir hissəsində quyular qazılaraq hasara almaq üçün dirəklər basdırılırdı. Həyətdəki ağacların isə bir qismi kökündən çıxardılmışdı.

"Smartdom" tikinti şirkətinin direktoru Eldəniz Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sakinlər iddialarında haqsızdırlar: Bu ərazidə beş bloklu bina inşa ediləcək. Ərazidəki digər binalar da söküləcək. Biz o binaların sakinləri ilə müqavilə bağlamağa çalışsaq da onlar gəlib razılaşmaq istəmirlər. Bizdən daha yüksək məbləğ tələb edirlər".

Onun sözlərinə görə, bütün binanın ətrafının hasarlanması təhlükəsizlik məqsədi daşıyır: "Biz binanı təhlükəszlik məqsədilə hasara alırıq. Sakinlərə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən cavab məktubunda da bildirilib ki, sənədlər toplandıqdan sonra tikinti işlərinə başlanıla bilər. Biz də bütün sənədləri toplamışıq. Amma sakinlər gəlib imza atmaq istəmirlər. Onlar hazırda yaşadıqları mənzilin dəyərindən qat-qat artığını tələb edirlər".

Sakinlər isə direktorun dediklərinin doğru olmadığını söylədilər. Onlar bildirdilər ki, yaşadıqları binanın sökülməsi ilə bağlı onlarla heç bir danışıq aparılmayıb.

Yasamal Rayon İcra Hakimiyyətindən isə sakinlərin şikayəti ilə bağlı sualımıza cavab verən olmadı.

Qeyd edək ki, bir müddət öncə Şərifzadə 192 ünvanında yerləşən binanın sökülməsi zamanı "Smartdom" MMC ilə sakinlər arasında narazılıq yaranmışdı. Şirkət binanın sökülmədiyini bildirilsə də, binada yaşayış olmasına baxmayaraq əksər mənzillərin qapı-pəncərələrinin çıxarılmış, arakəsmələr sökülmüşdü. Sakinlər bildirmişdi ki, şirkət sakinlərlə razılaşmadan əl altından, digər sakinlərin adı ilə binanı sökür:

"Guya söküntünü şirkət yox, onlarla razılığa gələn sakinlər aparırlar. Tikinti şirkəti elə bir təəssürat yaradır ki, binanı sakinlər özləri sökürlər. Amma onların niyyəti bu yolla sakinləri mənzilindən çıxmağa razı salmaqdır" .

Xatırladaq ki, sakinlərlə tikinti şirkəti arasında narazılıq ötən ilin mart ayından bəri davam edir.




Paylaş:


Müəllif : Tarix:
15-04-2022, 12:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər