Əli Əliyevin həbs müddəti artırıldı

Həbsdə olan Vətəndaş İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin cəza müddəti artırılıb.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona daha 5 ay həbs cəzası verilib.
Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını demişdi. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət vermişdilər.
Bugünkü qərar Yasamal Rayon Məhkəməsinin partiya sədri barəsində ikinci qərarı olub. Belə ki, yanvarın 13-də Əli Əliyevə 5 ay həbs cəzası vermişdi. Ona görə də cəzaların qismən toplanması yolu ilə partiya sədri qəti olaraq 6 ay azadlıqdan məhrum edilib.
Əli Əliyevin vəkili Cavad Cavadov "Qafqazinfo"ya açıqlamasında hökmdən narazı qaldıqlarını bildirib: "Bir şəxs barəsində eyni əmələ görə iki dəfə cəza təyin edilə bilməz. Bu, konstitusiyaya ziddir. Əli Əliyev məlum çıxışında ad çəkməyib. Amma DSX zabitləri onu ayrı-ayrılıqda məhkəməyə verib. Tezliklə apellyasiya şikayəti verəcəyik".
Paylaş:
Müəllif : Yazar
Tarix:15-04-2022, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB