reklam
Regionxeberlericom.az » Gündəm » Göyçay rayon xəstəxanasında korrupsiya tüğyan edir-ŞİKAYƏT

reklam

Göyçay rayon xəstəxanasında korrupsiya tüğyan edir-ŞİKAYƏT












 Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini, 1-ci dərəcəli hərbi əlil ictimai fəal Səmədov Məhəmmədəli Azər oğlu mətbuat vasitəsi ilə ölkə rəhbərinə müraciət ünvanlayır.

"Göyçay Rayon Mərkəzi Xəstəxanasında səhiyyə sistemi olduqca bərbad vəziyyətdədir. Təəssüflər olsun ki, xəstəxananın heyəti içərisində vicdanlı və insaflı insanlar istisna olmaqla, əksər məsul şəxslər xəstələrə yalnız müştəri gözü ilə baxırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsinə əsasən "rüşvət alma" cinayət hesab olunmaqla yanaşı, həmin qanunun 312-ci maddəsində "rüşvət vermə" də şəxsi cinayət məsuliyyətinə cəlb edir. Lakin vətəndaşlardan "niyə rüşvət verirsən, axı xəstəxanamızda xidmətlər pulsuzdur" deyərək soruşduğumuz zaman "5-10 manat hörmət etməsən, yaxşı baxmırlar, can yandırmırlar" deyirlər.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin hər növündə xəstələrdən maddiyyat umulur. İndi isə Sizə bir çox real faktlar təqdim etmək istəyirəm. Məsələn, sağlamlıq haqqında arayışın dövlət rüsumu 15 azn olduğu halda 30 azn, sürücülük vəsiqəsi üçün verilən arayışın dövlət rüsumu 30 azn olmasına baxmayaraq isə 50 azn tələb olunur. İstədikləri məbləği dərhal ödəyən vətəndaşlar həkimlərin və lazımı aparatların müayisinə göndərilmədən istədikləri arayışı əldə edə bilirlər. Lakin qanunlar əsasında dövlət rüsumundan artıq heçnə ödəmək istəməyən vətəndaşlardan isə bütün müayinələrdən keçməsi tələb edilir və onları get-gələ salırlar. Həmçinin EKQ müayinəsinə görə 5-10 azn arası pul istənilir. Bundan əlavə keysəriyyə əməliyyatı və digər əməliyyatlar zamanı xəstələrdən 300-500 azn arası "şirinlik" alırlar. Daha sonra məlumunuz olsun ki, xəstənamızda KT müayinə aparatı mövcuddur, ancaq işlək vəziyyət deyildir. Səhlənkarlıq və ya məsuliyyətsizlik (CM maddə-314) ücbatından təmiri ilə maraqlanan yoxdur. Məhz ona görə də həmin müayinə aparatında yoxlanılmaq üçün xəstələr özəl klinikaya 90 azn ödəmək məcburiyyətində qalırlar. EXO müayinəsi aparatının tək mütəxəssisi isə Yaşar Əhmədovun idarəçiliyi altında işləməkdən imtina edən 4 nəfərdən biridir. Hazırda o aparatı işlədən mütəxəssis olmağı üçün xəstələr özəl klinikada 30 azn ödəməklə müayinə olunurlar.

Qanunvericiliyə əsasən 65 yaşı tamam olan səhiyyə işçilərinin əmək müqaviləsinin müddətinin uzadılması mümkündür. Lakin Göyçay Rayon Mərkəzi Xəstəxanasında 8 nəfər aparıcı və tək olan mütəxəssislər var idi ki, onlara rayonda zəruri ehtiyac olduğu halda əmək müqavilələrinin müddəti uzadılmamışdır. Bunun əksinə olaraq isə 2 nəfər həkimin müqavilə müddəti uzadılıb və dildə gəzib dolaşan məlumata görə onların hər biri qarşılığında 1000 azn vermişdir. Eyni zamanda 4 nəfər həkim-mütəxəssis isə yeni direktorun özünəməxsus şərtləri ilə razılaşmayıb, könüllü surətdə ərizəsini yazaraq xəstəxanamızı tərk etmişdir. Ən maraqlı nünanslardan biri də xəstəxana daxilində yazılmış "dərman firması işçilərinin xəstəxanaya daxil olması qəti qadağandır" sözüdür. Qadağaya baxmayaraq dərman firması işçiləri Ramazan bayramında (qara bayram) qəbirsanlıqlarda qoltuğunda Quran dolaşan mollalar kimi xəstəxananın daxilində sərbəst gəzib dolaşırlar. Əlbətdə xəstəxananın hər tərəfində müşahidə kameraları quraşdırıb və Yaşar Əhmədovun bundan xəbərsiz olması əsla mümkün deyildir. Hətta anonimliyini qoruduğum məlumata əsasən ümumilikdə təxminən 50 nəfər dərman firması işçiləri toxunulmazlıq əldə etmək üçün hər ayrı-ayrılıqda xəstəxana rəhbərliyinə 50 azn görüb-baxım etməkdədirlər. O səbəbdən də onlara gözün üstündə qaşın var deyən yoxdur.

Hörmətli cənab Prezident Yəni mən iddia etmirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluğa görə həmin əməlləri törədən məsul şəxslər yeni direktor Yaşar Əhmədova rüşvət verirlər. Lakin, ola bilməz ki, özünün rəhbərlik etdiyi xəstəxanada baş verənlərdən xəbəri olmasın. Əgər həqiqətən də xəbərsizdirsə, onun belə bir məsuliyyəti üzərinə götürməsi olduqca yalnış bir şeydir. Sanki onun səlahiyyətləri ikinci və üçüncü şəxslər tərəfindən idarə olunur. Axı insan əmək qabiliyyətinə uyğun peşə seçməlidir. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən "Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır".

Yaşar Əhmədov haqqında təəccüblü olan isə onun 2-ci qrup gözdən əlil olmasına baxmayaraq rayonda olan ən yüksək vəzifələrdən birində rəhbər vəzifəsində işləməsidir. Halbuki o, əmək qabiliyyəti məhdud olduğu halda vəzifə başındadır və gözündə olan problemə baxmayaraq, paytaxt Bakı şəhərinə şəxsi avtomobili ilə rahat gedib-gəlməkdədir. Görəsən əlilliyi saxtadır, yoxsa...

Hörmətli cənab Prezident! Sizdən Göyçay rayon sakini olaraq çox xahiş edirəm, özbaşınalıq və rüşvət ocağı olan Göyçay Rayon Mərkəzi Xəstənası barəsində ciddi tədbir görəsiniz, yuxarıda qeyd etdiyim faktların mənim də iştirakımla araşdırılaraq qanunsuzluqlara son qoyulnasını və mənim təhlükəsizliyimin təmin olunmasına tapşırıq verəsiniz. Sizə öz adımdan və sakinlərimiz adından minnətdarlığımızı bildirirəm".

Qeyd edək ki, bundan əvvəl Elçin Bilalov yarıtmaz fəaliyyətinə görə Göyçay rayon Xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırlmışdır.

Qarşı tərfəin də mövqeyini dərc etməyə  hazırıq...


RegionXəbərləri.com 





Paylaş:


Müəllif : Tarix:
18-04-2022, 08:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər