“O DA NƏCMƏDDİN SADIKOVUN YAXIN ADAMI İDİ...” - "Araşdırma aparılsa, Sadıkov həbs olunmalıdır"
"Vəsaitləri istədikləri kimi talan ediblər"
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədovun, maliyyə şöbəsinin rəisi Rafael Xəlilovun, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyevin, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramovun, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımovun istintaqı davam etdirilir.
Xatırladaq ki, onlar bu ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ard-arda keçirdiyi həbslərlə saxlanlmışdı. Məhkəmədə onların hər biri korrupsiya, vəzifə saxtakarlığı, mənimsəmə və s. maddələrlə şübhəli bilinərək barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ekspertlər həbslər dalğasının genişlənəcəyini, adıçəkilən şəxslərin tabe olduğu yüksək çinli məmurları da əhatə edəcəyini istisna etmirlər.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "musavat.com"a şərhində bildirib ki, indi əsas məsələ bu cinayətlərin illərlə baş verməsinə şərait yaradan, hamilik edənlərin kimliyini ortaya qoymaqdır: "Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəməni təkbaşına həyata keçirə bilməzdilər. Bu qədər vəsaitin ələ keçirilməsinin Nəcməddin Sadıkovun rəhbərliyi ilə baş tutması haqda iddialar araşdırılmalıdır. Hərbi ekspertlərdən biri açıqladı ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddin Sadıkova çatıb. Dedi ki, Müdafiə Nazirliyinə 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb.
Hərbi ekspertin bu açıqlamasını bir çox mətbuat orqanlar yayıb. Bu məsələ araşdırılmalıdır. Digər bir hərbi ekspert də çox maraqlı məlumat açıqladı. Dedi ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir. Belə məlum olur ki, köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf Nəcməddin Sadıkovun kadrı idi. Onun sözlərindən bəlli oldu ki, Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Sadıkovun sağ əli, orduda ”şlyapa Zahid" kimi tanınan kadrının qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıkova bağlı insan idi. Bu məlumatlar araşdırılsa, Nəcməddin Sadıkov həbs olunmalıdır".
“Müdafiə Nazirliyindəki yeyintilər təkcə büdcədən ayrılan vəsaitin talan edilməsi deyil, bu, Azərbaycanın müdafiə qabiliyyətinə vurulan zərbədir”. Bunu isə Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov "yenicag.az"a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, nazirlikdə aparılan yoxlamalar ciddi mənimsəmələrin olduğunu ortaya çıxarıb: “Maliyyə İdarəsinin rəisi həbs edildi. Məlum oldu ki, 80 milyon manatdan çox pul mənimsəyib. Bu, insanlarda şübhə yaradır. Çünki bir nəfərin o qədər pulu təkbaşına oğurlaması mümkün deyil. Yoxlamalar hər sahəni əhatə etməlidir. Təkcə Maliyyə İdarəsində yox, demək olar, bütün sahələrdə yeyinti olub. Ən çox yeyinti olan sahələrdən biri Satınalmalar və Təchizat İdarəsidir. Həbslərin davam edəcəyini demişdim. Məlum oldu ki, Satınalmalar və Təchizat İdarəsində işləmiş üçüncü şəxsi həbs ediblər. Hesab edirəm ki, əlavə olaraq İşlər İdarəsində də korrupsiya halları var. İşlər İdarəsinin keçmiş rəisi polkovnik İlqar Məmmədov Nəcməddin Sadıkovun ən yaxın adamlarından biri idi. O sahədə də yoxlamalar gedir. Orada da ciddi yeyintilərin olduğunun şahidi olacağıq. Bundan əlavə, Maddi Texniki Təminat, həmçinin Sənaye İdarəsində də yoxlamalar aparılmalıdır. Yoxlamaların aparılmasına ən ciddi ehtiyac olan yerlərdən biri də Azərbaycanın Hərbi Dəniz Qüvvələridir. Hərbi Dəniz Qüvvələrində neqativ hallar həddindən artıq çoxdur. Nədənsə, o istiqamətdə işlər aparılmır".
R.Məhərrəmov əlavə edir ki, Azərbaycan dövlətinin müdafiəsi və hərbçilərin rifahı üçün dövlət büdcəsindən böyük pullar ayrılsa da onu hansısa rütbəli dələduzlar mənimsəyib.
"Evsiz qalan çoxlu sayda zabitlər var, yeyilən maliyyə ilə onların hamısını evlə təmin etmək olardı. Yoxlamalardan çıxan nəticə odur ki, nəzarət zəif olub. Ayrılan maliyyəni istədikləri kimi talan ediblər", - o vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-04-2022, 20:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər