Göyçaylı müharibə veteranı Məşğulluq İdarəsinin saxtakarlığı barədə prezidentə müraciət etdi-ŞİKAYƏT
RegionXəbərləri.com-un elektron poçtuna Göyçay rayonu 2-ci Ərəbcəbirli kənd sakini Zülfüqarov Amil Kamal oğlu tərəfindən daxil olan məktubda deyilir.
"Cənab Prezident Sizə bildirmək istəyirəm ki, mən 27 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinə könüllü olaraq müraciət etmişəm. İlk öncə mənə hələki ehtiyac olmadığını bildirdilər, ona görə də göndərmək istəmirdilər. Lakin olduqca israrlı olduğumu görüb nəhayət 29 sentyabrda məni döyüş bölgəsinə getməyimə razılıq verdilər. Vətənimin azadlığı uğrunda gedən müharibəyə Tərtər rayonunda yerləşən 157 saylı hərbi hissədən başladım. Tapqaraqoyunlu, Talışkənd, Suqovşan, Barambat meşəsi istiqamədində olan döyüşlərdə həmlə taborunda keçmiş kəşfiyyatçı kimi döyüşmüşəm. Düşmənin çoxlu sayda canlı qüvvəsini və döyüş texnikalarını məhv etmişik. 10 noyabr 2020-ci ildə Azərbaycanın "Qələbə Günü" elan edildi. Həmin vaxtdan etibarən təxris olunduğum 27 dekabr tarixinə qədər işğaldan azad etdiyimiz Laçın rayonunun müdafiəsində dayanmışam.
Mülki həyatda qayıtdıqdan sonra işsizliklə əlaqədar Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Mərkəzi Göyçay Rayon Şöbəsinə müraciət etdim. Özünüməşğulluq proqramına qoşulub xırda buynuzlu heybanla təmin olunmaq üçün qeydiyyatdan keçərək növbəyə yazıldım. Bundan sonra Məşğulluq Mərkəzindən məni axtaran olmadı. Halbuki məndən sonra qeydiyya düşən vətəndaşlar aktivlərlə təmin olunublar. İndi isə mənə "köhnə qeydiyyatın zamanı sistemdə xəta baş vermiş, məhz o səbəbdən də yeni qeydiyyatına uyğun olaraq xeyli gözləməlisən" deyərək, bəhanə edirlər. Əlbətdə dedikləri yalandırsa, bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsinə (vəzifə saxtakarlığı) , yox doğrudursa, bu isə 314-cü maddəyə (səhlənkarlıq) əsas verir. İstənilən halda isə bu mənim günahım deyil və buna görə onlar özləri məsuliyyət daşıyırlar.
Cənab Prezident uşaqlıqda oxuduğum o şərəfli kəlimənin, yəni "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" sözünün mənə də nəsib olması arzusu ilə böyümüşdüm. İndi Allaha şükürlər olsun ki, tarix yazanların yazdığı şanlı Azərbaycan tarixində mənim də cuzi əməyim vardır.
Əlbətdə Vətənin azadlığı uğrunda döyüşməyim gələcəkdə Məşğulluqdan mal-qara və ya dövlətdən hər hansısa imtiyaz tələb etmək üçün olmayıb. Lakin Sizin tapşırığınıza əsasən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qayğı göstərilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır".
Sizdən çox xahiş edirəm, mənim ən qısa zaman ərzində xırda buynuzlu mal-qara (qoyun) ilə təmin olunmağım üçün köməklik göstərəsiniz.
Ümid edirəm ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən (CM, 308) Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Mərkəzi əməkdaşları layiqli cəzalarını alacaqlar".
RegionXəbərləri.com olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
RegionXəbərləri.com
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2022, 22:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər