Alla ilə Maksim Rusiyaya qayıtmayacaq?
Rusiyalı teleaparıcı və ictimai xadim Kseniya Sobçak şoumen Maksim Qalkin və həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçovanın İsraildən Rusiyaya qayıtmayacaqlarını deyib.
Bu barədə o, teleqram kanalında bildirib.
“Maksim Qalkin qadağan edilmiş sosial şəbəkədə (instaqramı nəzərdə tutur-red.) Ukrayna və xüsusilə də Odessadakı hadisələr haqda çox sərt danışdı. Rusiyada yeni qanunların tətbiqini nəzərə alsaq, o bununla mümkün dönüşünün körpülərini yandırır”, - Sobçak yazıb.
Qeyd edək ki, M. Qalkin instaqramda paylaşdığı videoda müharibə haqda dediklərinə görə Rusiyada qadağan olunduğunu, İsrailə istirahətə yollandığını deyib: “Əgər mən indi Rusiyada çıxış etmirəmsə, bu, mənim istəmədiyimə və tamaşanın bileti qaytarmaqla əleyhimə səs verməsinə görə deyil, bu həmin konsertlərin qadağan olunması ilə bağlıdır. Müvafiq olaraq, konsert də yoxdur, reklam çəkilişi də yoxdur. Mən də İsrailə istirahətə getdim, eyni zamanda burada - çıxışlarımın qadağan olunmadığı, publikanın məni həmişə gözlədiyi yerdə konsertlərimi planlaşdırdım. Məni satqınlıqda, yəqin ki, qınamaq çətindir”.
Xatırladaq ki, M. Qalkin və A. Puqaçova hələ fevralın sonunda Rusiyanı tərk etmişdilər və hazırda İsraildədirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2022, 17:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər