reklam
Regionxeberlericom.az » Gündəm » İsmayıllının icra başçısı indi də QOÇULUQ EDİR... - Vətəndaşın evinə gələrək...

reklam

İsmayıllının icra başçısı indi də QOÇULUQ EDİR... - Vətəndaşın evinə gələrək...




















İsmayıllı sakini Elşən Səfərəliyev Şimal Region TV kanalına bildirib ki, icra başçısı Nahid Bağırov polislərlə evinə gəlib.

Əvvəlcə elə bildim ki, problemlərlə bağlı gəlib.

Sonra başçı məni hədələdi və bildirdi ki,sənə qanunsuz ev tikdiyin üçün cinayət işi açdırmışam əgər bu evi sökməsən səni həbs elətdirəcəm.

Mən bu evi 10 ildir ki,övladlarımın çörəyindən kəsib tikmişəm və tikinti işləri üçün Talıstan bələdiyyə sədri Şaiq müəllimə pul vermişəm.

Bəs onda niyə mənə demədilər ki,bura örüş yeridir və burada ev tikmək olmaz?

Mən dövlət başçısına müraciət edərək kömək istəyəcəm, bütün KİV vasitələrinə müraciət edərək bu haqsızlığı ictimailəşdirəcəm.

Şimal Region kanalına olaraq məsələni diqqətdə saxlayır və yenidən bu mövzuya qayıdacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı aşağıdakı videoda:




Paylaş:


Müəllif : Tarix:
27-04-2022, 08:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər