reklam
Regionxeberlericom.az » Gündəm » İflic olan MƏHKƏMƏ SİSTEMİ... - BELƏ HARA GEDİRİK?

reklam

İflic olan MƏHKƏMƏ SİSTEMİ... - BELƏ HARA GEDİRİK?

















Hakimlərin səhv qərarına görə, Azərbaycan 1 milyon təzminat ödəyib…

Əlbəttə, məzmun aydındır. Amma…

Əmması odur ki, bu dünyada toxunulmaz insan yoxdur, hər kəs etdiyi cinayət əməlinə görə, qanun qarşısında cavab verməli və cəzasını almalıdır. Necə yəni toxunulmazdır…

Qanunları, ədaləti qorumalı olan məhkəmə hakimi rüşvət alıb qanunları pozursa, onun toxunulmzalığından necə danışmaq olar..?

Orta əsrlərdə ədələti pozan, qanunları tapdalayan hakimləri daşqalaq edirdilər.

Azərbaycanda bəzi məhkəmə hakimləri “hakimlər toxunulmazdır..” fikrini özlərinə sərf edən qaydada izah edir və istədikləri qərarları qəbul edirlər.

Biz dəfələrlə yazmışıq ki, cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında bəyan etdi ki, bura Ədalət Sarayı olmalıdır.

Görəsən bizim məhkəmə-hüquq sistemimiz Prezidentimizin dediyi kimidirmi..?

Baxın, Milli Məclisin tribunasından dəfələrlə millət vəkilləri qeyd edib ki, Azərbaycanda məhkəmə-hüquq sistemi FƏLAKƏTLİ VƏZİYYƏTDƏDİR…

Fəlakətli bilirsiniz də nə deməkdir…

Niyə belə olmalıdır..? Son illərdə məhkəmələr üçün ən möhtəşəm binalar tikilib, hakimlərin maaşları dəfələrlə artırılıb, köməkçiləri, katibələri və s.

Bəs niyə məhkəmə-hüquq sistemində keyfiyyət dəyişikliyi baş vermir, əksinə hər şey geriyə gedir..?

Uzaq illərdə baş verənləri bir kənara qoyaq, 4 gün əvvəl yayılan rəsmi məlumata nəzər salaq.

Aprelin 22-si Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Xəbərə görə, iclasda qeyd olunub ki, şuranın fəaliyyəti dövründə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, 200-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb, 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

Hesabata əsasən, son üç ildə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb: “Ötən il 220-dən çox hakimin fəaliyyəti qiymətləndirilib, 5 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin təkrar qiymətləndirilmələri qərara alınıb. Vətəndaş narazılığı doğuran pozuntulara yol verən 130-dan çox hakimə rəsmi xəbərdar edilib, təkrar belə pozuntulara görə intizam icraatları başlanıb.

İclasda 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb, apellyasiya məhkəmələrinin 4, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub, birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanıb”.

Rəqəmlərə fikir verdinizmi…?

Çox üzr istəyirik. Sanki İnsan Alverinə qarşı Mübarizə İdarəsi hesabat verir…

Bir daha üzr istəyirik, Məhkəmə-Hüquq Şurasının hesabatındakı “paçka-paçka” rəqəmlər yuxarıda dediyimiz kimi artıq fəlakətdən xəbər verir.

Təsəvvür edin ki, 200 hakim məhkəmə sistemindən qovulub…

300-dən çox hakim barəsində intizam icraatı başlanıb…

Bu rəqəmlər artıq hər şeyi deyir. Uzun-uzadı izahat verməyə ehtiyac görmürük.

Daha başqa bir mühüm məsələni qeyd edək.

Biz bir dövlət olaraq Avropa Şurasına daxil olanda üzərimizə öhdəliklər götürmüşük.

Azərbaycan vətəndaşı Avropa Məhkəməsinə qədər müraciət edə bilər.

Deməli, Azərbaycanın məhkəmələrinin səhv qərarlarına görə, Azərbaycan dövlətinə 1 milyon avrodan çox cərimə kəsilib.

1 milyon cəriməni Azərbaycan dövləti ödəmir ee, sən ödəyirsən, mən ödəyirəm, biz ödəyirik.

Əgər məhkəmə hakimi səhv qərar qəbul edibsə, qoy əziyyətini özü çəkərək məvacibindən ödəsin. Niyə dövlət ödəməlidir..?

Əgər bircə dəfə hakim özü ödəsə, bu ona və başqa hakimlərə örnək olar.

Məhkəmə-Hüquq Şurasının sonuncu iclasında çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasətini humanistləşdirməsindən, məhkəmə sisteminə qayğısından danışıb.

Bunları başa düşdük ee, bəs məhkəmə hakimləri niyə cinayətə yol verirlər..?

Cənab Fikrət Məmmədov deyir ki, Azərbaycandakı hakim korpusunun 70 faizi yenilənib.

Bu necə yenilənmədir..?

Məhkəmə-Hüquq Şurasının sonuncu iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əsas «yol xəritəsi» olduğunu vurğulayıb….

Vallah, belə bər-bəzəkli sözlərlə biz bir cəmiyyət olaraq uzağa gedə bilmərik, ay Ramiz müəllim.

Məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılmalı və konkret işlər görülməlidir.

Mən, Fikrət Məmmədovdan və Ramiz Rzayevdən soruşuram ki, biz hakimlərin səhv qərarına görə, 1 milyon təzminat ödəmişik, ancaq başqa Avropa Şurası üzvü olan dövlətlər isə 1 AVRO da ödəməyib. Niyə..?

Bax, bu suala cavab gözləyirik.

P.S Cənab Fikrət Məmmədov Sumqayıt Apelyasiya məhkəməsinin sədri Paşayev Tofiq Temir oğlundan icazəsiz Sumqayıt Apelyasiya məhkəməsindən aşağı instansiya məhkəmələrinin heç biri sərbəst qərar qəbul edə bilmirlər. Bu məsələyə müdaxilə etməyiniz vacibdir. Bizdən demək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
28-04-2022, 09:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər