reklam
Regionxeberlericom.az » Gündəm » Şəki Mərkəzi Xəstəxanasının korrupsioner həkimləri barədə Prezidentə müraciət olundu ŞİKAYƏT 

reklam

Şəki Mərkəzi Xəstəxanasının korrupsioner həkimləri barədə Prezidentə müraciət olundu ŞİKAYƏT 














RegionXəbərləri.com-a Şəki rayonu Yeni Çələbixan Köçkünlər qəsəbəsində məskunlaşan Laçın rayonundan məcburi köçkün Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaş bunları qeyd edir.

«Aylardır ağır xəstəmin dayandırılmış əlillik pensiyasının yenidən bərpa olunması haqda ünvanladığım haqlı müraciətlərimin həll olunmasına qərəzli bir şəkildə maneçilik törədilir. Şəki rayon Mərkəzi Xəstəxanasında Dövlətimizdə tətbiq edilən qanun və islahatlar heç bir hüquqi qüvvəyə malik deyil. Bu xəstəxanada baş həkim və onun əsas yardımçısı, pul yığanı Knyaz Məmmədov şəxsi, özəl, çirkin variantları hesabına Dövlətimizin Şəki RMX-na ayrılan külli miqdarda pulu mənimsəməklə çoxlu sayda vətəndaşı narazı salırlar. Burada qanunlarımızı heçə sayaraq "hiyləgər fəndlərlə" gün ərzində, günortaya kimi İcbari Tibbi Sığorta və qalan vaxtlarda ənənəvi, köhnə dədə-baba üsullarını həyata keçirməklə vətəndaşlardan rüşvət almaqla soyurlar. Yazdığım ərizələrimə biganə yanaşılaraq baxılmır. Şəki RMX-da saxta əlillik ilə, həqiqi əlilliyi ayırd edib fərqləndirə bilməyən həkim heyyəti çalışır. Saxta əlilik ilə bağlı təyin edilən dərəcələr üzrə rüşvət rəqəmləri dəyişir.

Dəfələrlə bu qanunsuzıuqlar, özbaşınalıqlar, səriştəsizlik haqda aidiyyatı üzrə göndərdiyim müraciətlərim adi bir kağız parçası xarekteri daşıyır. Cənab Prezidentə və aidiyyatı orqanlara  göndərdiyim məktubları, Şəki rayonunda "aidiyyatı qurumlar" başlarından edirlər və nəticədə belə olduğu halda baxımsızda qalacaq. Bu haqda saysız-hesabsız, yüzlərlə məktub ünvanlamışam. Ancaq bu vaxta kimi heç bir nəticəsi olmayıb. Müraciətlərimə heç bir ciddi reaksiya verilmir. Qanunlar ayaqlar altında qalaraq, hüquqlarımız dözülməz dərəcədə tapdalanıb. Şəki rayonunda aidiyyatı qurumlar tərəfindən hökümətin qəbul etdiyi qərarlara hörmətsizlik göstərilərək qulaq ardına vurulur.Fakt real olaraq ağır yataq xəstəmin əlillik dərəcəsinin bərpa olunmamasının ən başlıca səbəbi məndən gözlədikləri rüşvəti verə biıməməyimdir. Axı maddi imkanım yoxdur, ailə vəziyyətim ağır bir durumdadır (necə edim, öxümdə çıxılmaz vəziyyətdəm). Haradan, kimdən və hansı vasitələrlə vəsait tapımki, Şəki RMX-nın baş həkimi Sərxan Musayev mənim haqlı müraciətimə maneə yaratmasın. Real olaraq cəmiyyət içərisində çaşqınlıq yaradaraq, pul müqabilində saxta əlilliyi yenidən bərpa etməklə, həqiqi əlilliyi kölgə altına salaraq xəstə vətəndaşları əzirlər. Şəki rayon xəstəxanasında Dövlətimiz tərəfindən xəstə vətəndaşlara ayrılan dərmanlar satışa çıxarılaraq mənimsənilir. Bu həkimlərin iş fəaliyyəti ancaq belə neqativ hallardan ibarətdir.

Onuda qeyd etmək istəyirəm ki, rüşvət bataqlığına çevrilən Şəki RMX-sı haqda və bu xəstəxananın baş həkimi Sərxan Musayevin korrupsioner əməlləri haqda ünvanladağım müraciətimə Şəki rayon Prokurorluğunda biganə yanaşılaraq heç bir tədbir görülməyib.Şəki rayon Prokurorluğunda Abbas adlı müstəntiq Sərxan və Knyaz həkimlərinin rüşvətxor olduqlarını bilə-bilə, yenədə ört-basdır etdirərək, havadarlıq mövqeyini seçərək müdafiə edir. Burada hansı maraqlar var? Bu maraqların arxasında hansı gizləntilər var? Baş Prokurorluqda araşdırılsa bu gizləntilərin hamısı üzə çıxacaqdır. Böyük qüvvələr tərəfindən himayə olunan belə qanun pozuntularına yol verə həkimləri himayə edib müdafiə etməklə tapdalanmış hüquqlarımızı bir daha tapdalayırlar. Özlərindən bu qədər arxayınlığı haradan alırlar ki, Sərxan Musayev və Knyaz Məmmədov kimi həkimlər bu qədər özbaşınalıqlar törədirlər. Ümummilli liderimizdən bir sitat gətirərək onu vurğulamaq istəyirəm ki, kimliyindən, xidmətlərindən asılı olmayaraq "heç kim qanundan üstün deyil". Hüquqi Dövlətdə yaşayırıq və bizdə bu Dövlətin vətəndaşlarıyıq. 

 İnanıram ki, Cənab Prezident və aidiyyatı qurumlar, daşıdığı vəzifəyə layiq olmayan yetərincə qədər nöqsanları olan Şəki rayon Mərkəzi Xəstəxanasının "ipə-sapa" yatmayan baş həkimi Sərxan Musayev və onun əsas yardımçısı Knyaz Məmmədov barəsində ölçü gütürüb öz tədbirlərini görüb, ağır xəstəmin dayandırılmış haqlı pensiyasının bərpa olunmasına öz köməkliyini göstərəcəklər.»

RegionXəbərləri.com olaraq yazıda adları qeyd edilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq....

RegionXəbərləri.com 





Paylaş:


Müəllif : Tarix:
1-05-2022, 00:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər