Putinin 7 və 3 yaşlı iki oğlu var - KİV
Rusiya prezidenti Vladimir Putinin 2015 və 2019-cu illərdə doğulmuş iki oğlunun olduğu iddia edilir.
İddianın mənbəyi İsveçrənin "SonntagsZeitung" qəzetidir. Mətbuat orqanında dərc olunan yazıda qeyd olunur ki, bu uşaqları keçmiş olimpiya çempionu Alina Kabayeva dünyaya gətirib.
Qəzet mənbə olaraq hər iki doğuşu qəbul etdiyi bildirilən həkimin tanışını göstərir.
İddia edilir ki, uşaqlardan biri İsveçrədə, digəri isə Moskvada dünyaya gəlib.
Qeyd edək ki, bir çox Qərb mediası son vaxtlar Alina Kabayevanın Putinlə yaxınlığı barədə yazıb.
Bu yaxınlarda “The Wall Street Journal”da dərc olunan məqalədə Kabayevanın İsveçrədə bir malikanədə qaldığı iddia edilib. Nəşrin anonim mənbələrə istinadən yazdığı məqalədə qeyd olunur ki, ABŞ Milli Təhlükəsizlik Şurası bu yaxınlarda Kabayevaya qarşı sanksiyaları dayandırıb. Məlumatda o da vurğulanır ki, Amerikanın yüksək rütbəli məmurları Rusiya prezidenti Vladimir Putinin reaksiyasından və Rusiya ilə münasibətlərin daha da kəskinləşməsindən ehtiyat ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-05-2022, 20:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər