ABŞ hərbçiləri Ukraynanın müdafiəsinə cəlb olunur - Qətnamə Konqresə təqdim edildi
ABŞ Konqresinə Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakına icazə verən qətnamə layihəsi təqdim edilib.
APA “RİA Novosti“yə istinadla xəbər verir ki, qətnaməni Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Adam Kinzinger təqdim edib.
Qətnamə layihəsində Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakı nəzərdə tutulub.
Layihəyə dair izahat notunda deyilir ki, bu təşəbbüs təsdiq olunarsa, ABŞ prezidentinə “Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etdiyi” vəziyyətə cavab vermək üçün Amerika qüvvələrindən istifadə etmək imkanı verəcək.
“Dövlət katibi [Entoni] Blinkenlə danışaraq və onun [Prezident] Putinin kimyəvi silahdan istifadə etməsi ehtimalı ilə bağlı ciddi narahatlığını dinləyərək, mən əminəm ki, Birləşmiş Ştatlar dünya ictimaiyyətinə mənasız zorakılığa dözməyəcəyini nümayiş etdirəcək. Kinzinger dedi.
Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etdiyini təsdiqləyə bilməz.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-05-2022, 23:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər