reklam
Regionxeberlericom.az » Gündəm » "Al market"-də ACINACAQLI MƏNZƏRƏ... - "Bir gün burnunuzdan gələcək etdikləriniz..."

reklam

"Al market"-də ACINACAQLI MƏNZƏRƏ... - "Bir gün burnunuzdan gələcək etdikləriniz..."

















"Al market" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid mağazaların birində müşahidə olunan fakt vətəndaş etirazı ilə müşaiyət olunub. DİA.AZ bildirir ki, duyarlı vətəndaş bu barədə fikirlərini "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edir.

Beləliklə, Ramazan Hacıoğlu adlı vətəndaşımız yazır:

"Dünən bir hadisənin şahidi oldum. Al-marketə alış veriş etməyə getmişdim, al marketin üç işçisi var idi. İki xanım bir oğlan gördüm ki, orda işləyən xanımnan oğlan 50 kq-lıq un kisələrini çöldən içəri skalata daşıyır tez köməklik elədim qızlara un kisələrini götürməyə imkan vermədim. Eyni hal oba marketlər şəbəkəsindədə var. Utanmırsız o, boyda marketlər şəbəkəsi açmısız xanım işçiləri fəhlə kimi orda ağır işlərdə işlədirsiz. Hanı sizin hər marketin fəhləsi? Orda işləyənlər yazıq deyil? 400-450 manat maaş verirsiz yerdə silirlər vitrində yığırlar kassayada baxırlar bundan əlavə ağır yükləri də, daşıyırlar. Bayram günlərində işçiləri 14-15 saat işlədirsiz maaşa əlavə iki-üç manat pul yazırsız ayıbdıre. O, qızların gələcəyi var onları niyə ağır işlər görməyə məcbur edirsiz niyə onların həyatını məhv edirsiniz? Dedim ki, bu marketə nəzarət edən kimdir müdiri çağırın oğlan dedi ki, müdir mənəm sözdə müdir kimiyəm amma məndə burda fəhlə kimi işləyirəm.

Deyirəm niyə işləyirsiz bu əziyyətli işdə deyir ki, ərazi üzrə müdirə şikayət eləmişik bu barədə müdir deyir ki, kimə xoş deyilsə işləməsin işləmək istəyənlər yüzlərlə növbədə dayanıb deyə.

Dediyim söz sizə həm qəribə həmdə gülməli gələ bilər bu cürə ağır işlərə istismar edilən qadınlar sabahısı günü dövlətə, cəmiyyətə yararlı bir övlad bəxş edə bilməyəcək. O, cür ağır işdə işləyən qadınlar əlbəttə qüsurlu uşaq dünyaya gətirəcək. Hər gün bir market açırsız Allah qazancınızı bol eləsin. Hər market açdıqca ən azından 4-5 ailə ordan çörək pulu qazanır orda işləyən işçilərin haqqına girməyin istismar etməyin onları. İnsanlar orda məcburiyyətdən işləyir iş yerləri yoxdur deyə, hər şeyə göz yumurlar. Məzlumun ahını götürməyin. İşçiləri qul kimi işlətməyin 5-nəfərin görəcək işini 3 nəfərin üstünə yıxmayın. Bir gün burnunuzdan gələcək etdikləriniz mütləq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...





Paylaş:


Müəllif : Tarix:
10-05-2022, 10:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər