Şəmkirli iş adamı polis şöbəsində öldürülüb? - Həmin şəxsin səs yazısı
Sosial şəbəkələrdə Şəmkirdən olan iş adamı Arzu Cabbarovun vəfatı ilə bağlı müxtəlif iddialar və ona məxsus olduğu bildirilən səs yazısı yayılıb.
İddiaya görə Şəmkir polisi Arzu Cabbarova və bir qadına tələ quraraq onları gizli lentə alıb, daha sonra isə şantaj edərək hər ay verməsi üçün pul istəyiblər.
Qeyd olunur ki, bu zaman iş adamı razılaşmayıb və dava düşüb. İddiaya görə dava zamanı A. Cabbarovanın qolunu şüşə kəsib və polis buna müdaxilə etməyib. Nəticədə isə iş adamı qanaxmadan dünyasını dəyişib.
İş adamına aid olduğu deyilən və sosial şəbəkələrdə yayılan səs yazısında isə o, damarının başqa biri tərəfindən kəsildiyini deyir:
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Yeniavaz.com-un məsələ ilə bağlı sorğusunu cavablandırıb və bildirib ki, iddialar həqiqətə uyğun deyil:
“Səs yazısında onun belə bir şey deməsi normaldır, çünki həmin vaxt özündə olmayıb. Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Şəmkir rayon sakini olan iş adamının rayon Polis Şöbəsində öldürülməsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar yayılıb. İddiaların heç bir əsası yoxdur. Polis ona necə xəsarət yetirə bilər ki? Onu xəstəxanaya elə polis çatdırıb. Əməliyyat da uğurlu keçib. Lakin həkinlər onu tibb bacılarına təhvil verdikdən sonra qəfil dünyasını dəyişib”.
E. Qasımov bildirib ki, polis hadisə yerinə qadının iş adamı ilə bağlı şikayəti əsasında gedib:
“Mayın 7-də saat 18 radələrində rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarovun onun təhqir edərək döyməsini bildirib.
Müraciətlə əlaqədar polis əməkdaşları həmin ünvana gələrək vətəndaş Arzu Cabbarovla profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıblar. Lakin o öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayıb, evin pəncərəsini yumruqla sındırmış, daha sonra həmin pəncərənin şüşəsi ilə sol qoluna xəsarət yetirib. Polis əməkdaşları vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra onu Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb, xəstə dərhal əməliyyat edilib.
Əməliyyatdan qısa müddət sonra Arzu Cabbarov vəfat edib. Məsələ həm Daxili İşlər Nazirliyinin həm də Respublika Baş Prokurorluğunun diqqətindədir. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Göründüyü kimi hadisə rayon Polis Şöbəsində deyil rayon sakini olan bir qadının evində baş verib.
Bundan başqa rayon sakinlərinin etiraz etməsi və digər rayonlardan polisə kömək cəlb edilməsi ilə bağlı iddialar isə tamamilə əsassızdır, həqiqəti əks etdirmir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2022, 14:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər