reklam
Regionxeberlericom.az » Gündəm » Zakir Quliyev Sabirabadı da görmür?.. - İLGİNC FAKTLAR

reklam

Zakir Quliyev Sabirabadı da görmür?.. - İLGİNC FAKTLAR










İki gün öncə Ağcabədi sakinlərinin heyvan leşləri və tullantılarla dolu olan su kanalı haqda mediada yayılan şikyət cəmiyyətdə ciddi rezonans doğurdu.

Belə ki, sakinlər bildiridi ki, Yuxarı Qarabağ kanalına 16 ildir ki, hər cürə tullantılar, hətta heyvan leşləri atılır.

Bir neçə ay öncə Gündəlik-Bakı olaraq eyni problemlə bağlı həyəcan təbili çalaraq, “Görəsən, bu işlərə cavabdeh olan şəxslərin ailələri bu sudan içə bilərmi..?” başlıqlı geniş araşdırma yazısı dərc etmişdik.

Söhbət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxslərindən gedirdi.

Bəli, Sabirabad sakinlərinin Gündəlik-Bakıya dediklərindən məlum olurdu ki, Sabir su kanalı zibil və çirkab içərisində itib-batır. Sakinlərin dediklərinə görə, su kanalı ilə heyvan leşi, it ölüsü, eşşək ölüsü, pampers dolu meşoklar üzüb-axır.

Görəsən, dünyanı koronavirus pandemiyası bürüdüyü bir vaxtda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və onun bu zona üzrə məsul olan qohum-əqrəbası nə düşünür ?

Axı, bu vəziyyətdə olan su kanalı xəstəlik mənbəyidir. Həm də belə vəziyyətdə olan su kanalı koronavirusdan daha təhlükəlidir.

Biz nə üçün Zakir Quliyevin və onun bu sahəyə məsul olan qohumlarının adını xüsusi olaraq qeyd etdik ?

Bu suala keçməzdən öncə onu qeyd edək ki, Baş Muğan kanalının bir hissəsi Sabir su kanalıdır. Bu su kanalından 15 kəndin sakinləri istifadə edir. Təsəvvür edirsiniz 15 kəndin sakinləri sabah kütləvi xəstələnsə, görəsən Zakir Quliyev kimi məmurlar qanun qarşısında nə cavab verəcəklər ?

Biz nə üçün bu məsələdə Zakir Quliyevin və onun ASC-də məsul vəzifə daşıyan qohumlarının adını xüsusi olaraq qeyd edirik ?

Birincisi, kimin nə deməyindən asılı olmayaraq Sabir su kanalında baş verən bu rüsvayçılığın və yaramazlığın bir səbəbi var: ASC-də baş verən korrupsiya əməlləri.

İkincisi, ASC-də baş verən korrupsiya əməllərinin başında neçə illərdir ASC-nin sədr müavini Zakir Quliyevlər durur. Ümumiyyətlə, bu Zakir Quliyev kimdir ?

Məlumat üçün qeyd edək ki, 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

O, 2006-cı ildə isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda yaxın qohumu-xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.

İndi aydın oldumu, olay Sabirabad rayonu ərazisində baş verir. ASC-nin bu ərazidəki “sahibi” isə 1998-ci ildən bu günədək, yəni 23 ildir Zakir Quliyevdir. Özü çıxır, xalası oğlunu qoyur. Bu cür idarəetmənin sonu da belə olmalı idi.

Digər tərəfdən yuxarıda korrupsiya məsələsini elə-belə qabartmadıq.

Təsəvvür edirsiniz, ASC-nin bütün idarələrinə hər ay 50 min manat vəsait xətti açılır, həmin vəsait Zakir Quliyevin faktiki ortaq olduğu şirkət vasitəsilə nağdlaşdırılır.

Onun himayəsi altında olan “Hidro-Kaskad” MMC üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi, maxinasiyalar dəhşətli dərəcədədir. 2020-ci ildə ASC ilə sözügedən şirkət arasında "Nasos aqreqatlarının və digərlərinin satınalınması" üçün nəzərdə tutulan tender müqaviləsi üzrə qiymətlər faktiki olaraq 500 min manat şişirdilməklə ümumi məbləğ 2 milyon 440 min 404 manat göstərilib. Hansı ki, alınan məhsulların qiyməti 2-3 dəfə şişirdilib.

Bir nasosun zavod dəyəri maksimum 45 min manat təşkil etdiyi halda tender müqaviləsində 79 min manata rəsmiləşdirilib.

Bütün bunların nəticəsində Zakir Quliyev xaricdə şirkətlərə, bahalı mənzillərə, villalara, avtomobillərə sahib olur.

Təkrarçılıq olsa da qeyd etməyə məcburuq ki, ASC-nin sədr müavini Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası, Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi var.

Yuxarıda qeyd etdik ki, Zakir Quliyev 2006-cı ildə ASC-nin sədr müavini təyin olunanda xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirib.

İndi isə Elman Nuriyevin əməllərinə nəzər salaq.

Əslində Elman Nuriyev “fiqur”dur, oradakı əməlləri də Zakir Quliyev törədir.

Elman Nuriyev hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan milyonlarla vəsaitləri təyinatı üzrə xərcləsəydi...

Bəli, XƏRCLƏSƏYDİ...Sabir su kanalı ilə ölmüş heyvan cəmdəkləri, it leşi, pampers-zad axmazdı.

Bu pullar Elman Nuriyevlə xalası oğlu Zakir Quliyev arasında bölünüb.

Biz Elman Nuriyevin bəndvurmaq adı altında dövlətin milyonlarını mənimsəməsindən, vəzifəyə gələndə köhnə 011 Jiquli ilə gəlməsindən, hazırda bahalı avtomobil kolleksiyasından, oğlunun cibindən “100-lük paçkası” çıxarıb camaatın gözünə soxmasından, ŞAMLIQ şadlıq sarayından, Zakir Quliyevlə Çuxuryurddakı qoşa villalarından və daha nələrdən uzun-uzadı yazmaq istəmirik.

Sakinlər onu da qeyd edir ki, Şirvan su idarəsi ( rəis Azad Qurbanov ) Sabir su kanalı üzərində suyu təmizləmək üçün modul tipli qurğular düzəldib. Yəni Allah qoymasa suyu duruldub əhaliyə içməli su kimi verəcəklər.

Sabirabad camaatı haqlı olaraq soruşur ki, suyu durultmaqla onun mikrobunu, virusunu, leş iyisini necə yox edəcəklər.

Ən dəhşətlisi də odur ki, modul qurğularının ətrafı da zir-zibil məskənidir.

Sonda Sabirabad camaatı Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədrinə üz tutub soruşurlar ki, sənin islahatların nooldu, bəs ay Zaur Mikayılov ? //gundelik-baku.com//





Paylaş:


Müəllif : Tarix:
20-05-2022, 08:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər