reklam
Regionxeberlericom.az » Gündəm » “Qohumlar Komitəsi”: islahatlarla ayaqlaşa bilməyən zehniyyət...

reklam

“Qohumlar Komitəsi”: islahatlarla ayaqlaşa bilməyən zehniyyət...

















Azərbaycanda aparılan islahatlar, görülən işlər, deyəsən, Səfər Mehdiyev və onun komandasının xoşuna gəlməyib. Tənqidlər, şikayətlər artıqca, sanki “Gömrükkom”un sədrinin aqressiyasını da artırır. İndiyədək elə bir sahibkar görmədik ki, komitənin fəaliyyətindən razı olsun... 

Görünən odur ki, Səfər Mehdiyev və onun komandası, sözün həqiqi mənasında köhnəlib və bu, zehniyyət islahatlarla ayaqlaşa bilmir. Aqressiyanın başqa heç bir səbəbi ola bilməz... 

Bir neçə gün öncə sahibkar Ramil Aslanov Bakı Şəhər Baş Gömrük İdarəsinin qarşısında aksiya keçirərək, “boğaz”a yığıldığını və ciddi problemlərlə üzləşdiyini bəyan etdi. Demək olar ki, əksər tənqidçi media orada idi. Məhz bu sahibkarın üzləşdiyi problemlə bağlı biz də “Demokrat.az” olaraq, Dövlət Gömrük Komitəsinə sorğu göndərdik. Amma Komitə nə Azərbaycan Konstitusiyasına, nə də qanunvericiliyin tələblərinə məhəl qoydu. 

Bu problemləri işıqlandırdığımıza görə isə Komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov yepyekə bir status yazaraq, bizi ittiham etdi, halbuki Natiq Axundovun vəzifəsinin onun üzərinə qoyduğu öhdəlik odur ki, mediaya açıqlama versin, sorğuları vaxtında cavablandırsın. Amma o nəninki vəzifəsinin məsuliyyətini dərk etmir, anlamır, başa düşmür, heç düşmək də istəmir... 

Prezidentin məşhur çıxışını xatırlamağa gərək var: "Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin...".

Görünən odur ki, Səfər Mehdiyev və komandası da “özünü bədbəxt etmək” yolunu seçib. 

İndi biz nə edək?! Bu, uğursuz yolda ona uğurmu arzulayaq?

Azərbaycan gömrüyündəki durum hər kəsə bəllidir, korrupsiya, rüşvətxorluq, “qara kassa”, qeyri-leqal rüsumlar və digər hallarla bağlı uzun illərdir ki, media yazır, amma hələ də nəticə yoxdur. 

Natiq Axundov və rəisi Səfər Mehdiyev bu suallara cavab verməlidir. 

Verirlərmi? 

Yox! 

Verəcəklərmi? 

Şübhəsiz. 

Təəssüf ki, həbs olunmuş məmurların - “gözü çıxmış qardaş”ların taleyindən dərs almayıblar.  

Vəziyyət o qədər absurd şəkil alıb ki, ölkəyə gətirilən avtomobildən öz qiymətindən 2 dəfə baha qeyri-leqal rüsum tələb edənlər, sahibkarların gətirdiyi məhsulları bürokratik əngəllərlə çürüdənlər, ölkə iqtisadiyyatını böhrana aparanlar indi də mediaya daş atırlar... 

Nə yazıq ki, “trol ordusu”na arxalanan “Qohumlar Komitəsi”nin sözçüsü elə bilir ki, onların bu hibrid hücumunun qarşısında biz geri çəkiləcəyik. Əsla. 

Özlərini aldatmasınlar. Cəmiyyət onlardan şəffaflıqdan başqa heç nə istəmir, sadəcə, bunun fərqinə varsınlar... 

Qohumlarını - bir kəndi böyük bir dövlət qurumuna yığan Səfər Mehdiyev və onun sözçüsü Natiq Axundov bir həqiqəti də görə bilmir ki, onların əməlləri təkcə mediada yazılmır, artıq ədəbiyyat səhifələrində, Azərbaycan gömrüyünün mənzərəsi, hətta, bədii ədəbiyyatda da təsvirini tapıb. 

Hələ uzun illər öncə mərhum Baba Pünhan yazırdı:

Gəmirir gömrüyü gömrükçü köpüb gömbələnib,

Gənədir, gendən içir qan, xəbərin yoxdu sənin...

Natiq müəllim, guya xəbərin yoxdu sənin? 

Əlbəttə ki, var. 

Amma sizə bir pis xəbəri də mən verim: bir gün ölkə başçısı bu “gənə”ni – süründürməçiliyi, özbaşınalığı, qanunsuzluğu qoparıb atanda bu misraları mütləq xatırlayarsınız...

Hörmətlə, 

“Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli




Paylaş:


Müəllif : Tarix:
22-05-2022, 20:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər