GDU-da yaşananlar: "Özbaşınalıq, korrupsiya və anarxiya..."
Gəncə Dövlət Universitetinin (GDU) bir qrup müəlliminin adından ölkə başçısına müraciət ünvanlanıb.
Müraciətdə bildirilir ki, tibb ocağında qanunsuzluq və özbaşınalıq dözülməz həddədir.
Şikayətdə deyilir ki, dəfələrlə burada yaşananlar barədə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticə verməyib: "Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqlara nəinki göz yummağa, hətta onları dəstəkləməyə, ali rəhbərliyə gedib çatmasının qarşısını almağa göstəriş verib. Universitetdə rəhbərlikdə təmsil olunan bir qrup qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına atıb, onlar hətta maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar".
Bildirilir ki, Universitetinin 71 yaşlı rektoru Yusif Yusibov idarəetməni itirib, ali məktəbdə tam bir anarxiya hökm sürür: "Yusif Yusibov 2013-cü ildən bəri onun maliyyə maxinasiyalarına rəhbərlik edən "qara kassa" ləqəbi ilə tanınan, İqtisadiyyat və idarəetmə fakültəsinin iki dəfə dekanı işləyən, həmişə müxtəlif vəzifələrdə çalışmış Şahin Xurşudovu müxtəlif yollarla tədris məsələləri üzrə prorektor təyin etdirdi. Bu o Şahin Xurşudovdur ki, bir neçə il bundan qabaq tələbə ilə yaşadığı insidentə görə gündəmə gəlmişdi".
"Bu şəxs Azərbaycan Texnologiya Universitetini bitirib, ixtisası uyğun gəlməsə də, tədris işləri üzrə prorektordur. O, prorektor təyin olunsa da, İqtisadiyyat fakültəsinin dekanlığını əlindən buraxmır. Orada dekanlığa namizəd, hazırda kafedra müdiri işləyən Zakir Əhmədova şərt qoyub ki, səni dekan qoydururam, amma mənim dediklərimi icra edəcəksən. Zakir Əhmədov isə bununla razılaşmadığı üçün dekan vəzifəsini hələlik Texnologiya Universitetindən qovulan və burada özünə yer edən Məsim Abadova həvalə ediblər".
Şikayətçilər qeyd edibər ki, hazırda Universitetdə idarəetmə bu vəziyyətdədir. Burada təhsil yox, varlanmaq, şəxsi iddialar daha çox önə çəkilir: "Dekanlığın bütün rüşvət məsələləri humanitar məsələlər üzrə dekan müavini Könül Əlizadəyə tapşırılıb. Bu xanım isə Şahin Xurşudovun kadrıdır. İdarəetmə o həddə çatıb ki, dekanlığın digər işçiləri artıq bezib, başqa iş yeri axtarırlar. Şahin Xurşudov universitetin bütün korpuslarında olan tələbə yeməkxanalarını da ələ keçirib. Hamısına o rəhbərlik edir. Tələbələr ona artıq "kafelər kralı" deyir. Gəncədə daşınmaz obyektlərinin sayı onlarladır".
Müraciətdə olduqca ciddi ittihamlar da əksini tapıb. Qeyd olunur ki, hazırda İqtisadiyyat fakültəsində 200 nəfər tələbə aylığa buraxılıb: "Heç bir xəbərdarlıq etmədən qəfil yoxlama keçirilsə, bu özünün tam təsdiqini tapacaq. Bir tələbənin bir semestrlik aylığa buraxılmasının haqqı 500 manatdır. Buraya kollekvium və imtahanların qiymətləri daxil deyil.
Şahin Xurşudovun çoxlu bahalı maşın kolleksiyası da var. Bu elə bir şəxsdir ki, hər bir tələbəni, hər bir dekanı, hər bir kafedra müdirini obyekt kimi görür. Rektor Yusif müəllim isə bütün hüquqları buna verib. Universitetdə bütün vəzifələrə təyinatı Şahin Xurşudov həyata keçirilir".
"Gəncə Dövlət Universiteti respublikada yeganə universitetdir ki, heç bir dekan, kafedra müdiri, müəllim, əməkdaş, tələbə rektorun qəbuluna düşə bilmir. Rektor konkret göstəriş verib ki, hər bir şəxs tədris məsələləri üzrə prorektor Şahin Xurşudova müraciət etsin. Təsəvvür edin ki, rektor heç bir dekanın, kafedra müdirinin və digər prorektorların telefon zənginə belə cavab vermir. Adamdan soruşarlar ki, hamını Şahin Xurşudov qəbul edəcəksə, onda sən kimsən, nəyə lazımsan?", - deyə müraciətə vurğulanır.
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş, Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına əsasən, dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilər və eyni şəxs bir ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. Ancaq GDU-nun rektoru Yusif Yusibov bu təlimatı pozaraq 12 ildən artıq dekan işləyən şəxsləri, 70 yaşdan çox yaşı olan Əjdər Əsgərovu, İsfəndiyar Alverdiyevi yenidən dekan seçib. Qanunvericiliyə görə, eyni şəxs bir ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. Amma bunlar 3-cü dəfə dekan seçildi. Səbəb odur ki, Şahin Xurşudov belə istəyir", - ölkə başçısına ünvanlanan müraciətdə vurğulanır.
Onların sözlərinə görə, Universitetin maddi-texniki bazası da yararsız vəziyyətdədir: "İyunda imtahanların keçirilməsi üçün böyük məbləğdə pula hansısa vaxtı keçmiş proqram və 200-ə qədər "Nootbuk" alınıb. Bu kopüterlər baha qiymətə sənədləşdirilsə də, işə yararsızdır. Sual olunur, əgər imtahanların kompüterlə götürülməsi nəzərdə tutulubsa, onda bu qədər böyük pula skanerin alınması nəyə lazım idi? Əlbəttə, universitetin büdcəsini talan etmək üçün".
Müraciətdə səslənən iddialara bağlı "Arqument.az" mayın 12-də Gəncə Dövlət Universitetinə yazılı sorğu ilə müraciət etsə də, sorğuya cavab verilməyib. \arqument.az
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2022, 10:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər