reklam
Regionxeberlericom.az » Gündəm » “Səfər dəhlizi”: Gömrükdə sensasion kosmetika əməliyyatı...

reklam

“Səfər dəhlizi”: Gömrükdə sensasion kosmetika əməliyyatı...

















Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yenidən ciddi ittihamlarla üz-üzə qalıb. Bu dəfə komitə sədrinin Baş Prokurorluğun hansısa vəzifəli şəxsinə guya 3 milyon manat rüşvət təklif etdiyi iddia olunur.

Reyting.az-ın xəbərinə görə, bununla bağlı təsdiqlənməmiş məlumatlar müxtəlif internet televiziyalarında və sosial şəbəkə hesablarında (“Kanal Turan” və digərlərində) paylaşılır. Eyni zamanda S. Mehdiyevin Azərbaycana kosmetik vasitələrin idxalını inhisara götürdüyü və bunu yaxın qohumuna həvalə etdiyi iddia olunur.

Məlumatda bildirilir ki, guya S. Mehdiyevin həmin qohumundan başqa heç kim ölkəyə kosmetik vasitələr gətirə bilməz.

Qeyd olunur ki, kosmetik vasitələrin ölkəyə gətirilməsi zamanı da qanun pozuntularına yol verilir. İddiaya görə, S. Mehdiyevin qohumu həmin malların sadələşdirilməsi zamanı rəsmi olaraq «Yaşıl dəhliz» olan, sahibkarların «Səfər dəhlizi» adlandırdığı dəhliz vasitəsi ilə ölkəyə keçirir. Bu zaman isə gömrük rüsumu və ödənişləri aparılmır.

Məlumata görə, digər sahibkarlar eyni məhsulu ölkəyə gətirdikdə aylar və illərlə mallarını gömrükdən götürə bilmirlər. Gömrükçülər müxtəlif bəhanələrlə həmin sahibkarları mallarını AZAL prezidenti Cahangir Əsgərovun aeroportakı şəxsi anbarında saxlamağa, malların sənədlərində gömrük dəyərini artırmağa və yüksək dəyərlə gömrük rüsumları ödəməyə məcbur edirlər. Nəticədə sahibkarın gətirdiyi malın maya dəyəri bir neçə dəfə artır. Qiymətlər yüksək olduqda isə sahibkarlar malları gömrükdən çıxardıqdan sonra sata bilmir və müflisləşirlər.

Bildirilir ki, S. Mehdiyev qohumundan başqa ölkəyə kosmetik vasitə gətirən sahibkara rüşvət müqabilində köməklik edən gömrükçüləri cəzalandırır.

Bu ilin aprel ayında ölkəyə təyyarə ilə 2 ton kosmetik vasitə gətirən sahibkar malını Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən çıxara bilməyib. Bu səbəbdən də qohumları vasitəsi ilə həmin idarənin rəhbər heyəti ilə əlaqə yaradıb və mallarının buraxılmasını xahiş edib. Amma həmin idarə əməkdaşları sahibkara bunun mümkünsüz olduğunu bildiriblər. Deyiblər ki, ölkəyə kosmetik vasitə gətirmək icazəsi yalnız S. Mehdiyevin qohumlarına verilib, əgər onun malı rəsmi qaydada buraxılsa, S. Mehdiyev bunu biləcək və gömrükçüləri cəzalandıracaq. Buna görə də gömrükçülər həmin sahibkarla külli miqdarda rüşvət müqabilində razılaşıb, malları gömrükdən qaçaqmalçılıq yolu ilə keçirəcəklərini bildiriblər: “Yəni gizli şəkildə, uyğun gömrük rüsum və ödənişləri edilmədən. Bu halda heç gigiyenik sertifikatın da rəsmiləşdirilməsinə ehtiyac olmayacaqdır. Razılaşma baş tutduqdan sonra malların buraxılması üçün aeroportda gömrük rəsmiləşdirilməsində vasitəçilik edən İsmayıl adlı broker Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnformasiya-kommunikasiya şöbəsinin rəisi, polkovnik Bəhruz Məmmədyarovun iş otağına gələrək ona əvvəlcədən razılaşdırdıqları məbləği ödədikdən sonra sonuncu anbarlara nəzarət edən digər gömrükçü - Namazi Orucova malların buraxılması barədə göstəriş verib. Namazi Orucov isə ilkin olaraq həmin sahibkarın mallarını gömrük sahəsindən çıxararaq aeroportun yaxınlığında yerləşən Cahangir Əsgərova məxsus «ASG Business Aviation» MMC-nin «GHC» filialına məxsus olan anbara yerləşdirib”.

Bildirilir ki, mallar həmin anbara yerləşdirildikdən sonra, N. Orucov anbarın Tofiq adlı müdirinə tapşırıb ki, 29 aprel tarixdə gecə vaxtı malları buraxsın. Bundan sonra izləri itirmək üçün gömrük orqanının İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov müvafiq elektron sistemdə “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə Elektron Gömrük Bəyannaməsinin qəbulu” bölməsinə müdaxilələr edərək, həmin sahibkarın yerləşdirdiyi gömrük bəyannaməsini ləğv edib. Məsələdən çoxları məlumatlı olduğuna görə məlumat sızması baş verib və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxslərinin həmin sahibkarın mallarını qaçaqmalçılıq yolu ilə gömrük ərazisinə sərbəst dövriyyəyə buraxılması niyyətini S. Mehdiyev öyrənib. Buna görə də S. Mehdiyev məxfi olaraq Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə əməliyyat keçirilməsi və həmin qaçaqmalçılıqda əlli olan vəzifəli şəxslərin müəyyən edilərək saxlanılması göstərişini verib. İstintaq İdarəsinin rəisi bu barədə prokurorluq orqanlarına məlumat vermədən keçirdiyi əməliyyat tədbiri nəticəsində həmin gecə 2 ton kosmetik vasitəni «ASG Business Aviation» MMC-nin «GHC» filialına məxsus anbardan qaçaq yolla çıxararkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Cavid adlı yük inspektoru və İsmayıl adlı broker saxlanılıb. Bundan sonra İsmayıl adlı şəxs əməlini etiraf edərək, kimə və nə qədər vəsait ödədiyini öz izahatında göstərib. Aparılan araşdırma zamanı qaçaqmalçılıqda əlləri olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisi Bəhruz Məmmədyarov, maliyyə şöbəsinin rəis müavini Elnur Quliyev, gömrük polkovniki Namazi Orucov və digər vəzifəli şəxslər saxlanılıblar. Həmin vəzifəli şəxslər törətdikləri əməlləri etiraf ediblər.

Həmçinin müəyyən olunub ki, adları çəkilən vəzifəli şəxslər «ASG Business Aviation» MMC-nin «GHC» filialına məxsus olan anbarın işçiləri ilə əlbir olaraq mütəmadi qaydada müxtəlif sahibkarlara məxsus kosmetik vasitələri və digər malları gömrük sərhədindən keçiririblər. Bundan başqa, müəyyən olunub ki, gömrükçülərlə iş birliyinə girən İsmayıl adlı broker həmin gömrük idarəsində şöbə rəisi vəzifəsində işləyən Ədalət Mehdiyevin bacısı oğludur. Gömrük rəisləri tərəfindən həmin brokerə etibar edilməsi də onun adı ilə bağlıdır. Həmin Ədalət Mehdiyev və maliyyəçi Elnur Quliyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadiqovun qohumlarıdır. Karqoda söz sahibi olan Namazi Orucov isə Mehman Sadıqovun “vuran əli”dir.

 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisi Bəhruz Məmmədyarov Sumqayıt Baş Gömrük İdarəsinin rəis müavininin oğludur. Yəni, bütün saxlanılanlar özləri gömrük orqanında vəzifəli şəxslər olaraq, həmçinin Dövlət Gömrük Komitəsi sistemində xidmət edən digər yüksək vəzifəli şəxslərin qohumlarıdır. Buna görə də S. Mehdiyev sonradan bu məsələni ört-basdır etməyə çalışıb. İstintaq İdarəsinin rəisinə göstəriş verilib ki, bu barədə Baş Prokurorluğa məlumat verilməsin. İstintaq İdarəsinin rəisi də öz növbəsində faktla bağlı cinayət işi başlamayıb, cinayət barədə prosessual rəhbəri olan Baş Prokurorluğa məlumat verilməyib. Lakin məsələ barədə kütləvi informasiya vasiətərində məlumatlar yayımlandıqdan sonra cinayət faktı barədə prokurorluq orqanları məlumat tutub və Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsindən bu barədə hesabat tələb ediblər. İddialara görə, bundan sonra məsələni ört-basdır etməyə çalışıblar. Guya bunun üçün hətta 3 milyon manat rüşvət də təklif olunub.

Məlumata görə, qeyd olunan faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində toplanmış materiallar bu günədək aidiyyəti üzrə Baş Prokurorluğa göndərilməyib. Hansı ki, hadisə aşkar edildikdən 10 gün müddətində faktla bağlı toplanmış materiallar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməli idi.

Demokrat.az




Paylaş:


Müəllif : Tarix:
24-05-2022, 10:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər