reklam
Regionxeberlericom.az » Gündəm » İçindən iynə çıxan konfet "Toffix" deyilmiş, "Tropix" imiş - ŞİRKƏTDƏN AÇIQLAMA

reklam

İçindən iynə çıxan konfet "Toffix" deyilmiş, "Tropix" imiş - ŞİRKƏTDƏN AÇIQLAMA

Ötən gün sosial şəbəkədə Kamran Əli adlı Bakı sakini mağazadan aldığı konfetlərdən iynə çıxması haqqında paylaşım etmişdi.

"Elvan Gida" məhsullarının Azərbaycan üzrə distrübütoru "Şam-Fi" şirkəti məsələyə operativ reaksiya verərək, şikayətçi ilə dərhal əlaqə yaradıb və mövzunu araşdırıb.

Bu haqda Kamran Əli özü sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, şirkətin yerindəcə araşdırmasından sonra məlum olub ki, əslində dəmir parçası "Toffix" konfetlərindən deyil, xarici görünüş etibarı ilə dizaynını və adını bu məhsula oxşadan və yerli istehsal olan "Tropix" konfetlərindən çıxıb. Bu məhsulun isə "Elvan Gida" şirkətinə heç bir aidiyyatı yox imiş. Şikayətçi öz paylaşımından bu yanlışlığın yaratdığı narahatlığa görə üzrxahlıq edib.

"Elvan Gida" qrupu və "Şam-Fi" şirkəti də mövzu ilə bağlı öz rəsmi səhifələrində paylaşım ediblər:

"İlk öncə, yaşanılan hadisədən dolayı məyus olduğumuzu bir daha bəyan edirik.

"Elvan Gıda Grubu” olaraq bildiririk ki, məhsullarımızın istehsal prosesi İstanbuldakı Sefaköy fabrikində qida məhsullarının təhlükəsizliyinin təminatı olan ISO 22000, keyfiyyəti təsdiq edən ISO 9001 və halal sertifikatlar əsasında, beynəlxalq standartlara uyğun modern texnologiya və ERP sistemi vasitəsilə tam avtomatlaşdırılaraq qhəyata keçirilir.

"Toffix" məhsulları isə istehsal prosesində iki dəfə - ilk olaraq məhsul formalaşadırılmadan əvvəl bütöv şəkildə (bir növ uzun xəmir halında) və daha sonra isə qablaşdırılmadan öncə formalaşdırılmış halda metal detektordan keçir. Metal detektor 1.5 mm dəmir, 2.5 mm dəmir olmayan və 2.5 mm paslanmaz polad metal test kitləri ilə davamlı olaraq iki saatlıq fasilələrlə effektiv şəkildə yoxlanılır və nəzarət edilir. Metal detektorlar isə davamlı şəkildə çalışır və idarəetmə xüsusi bir komanda tərəfindən edilir.

Digər tərəfdən, paylaşılan fotoda qeyd edilən "Tropix” markasının "Elvan Gida” ilə heç bir bağlılığı yoxdur.

Bir daha bildiririk ki, Toffix məhsullarından çox rahat şəkildə istifadə edə, azyaşlı, kiçik dostlarımıza məsləhət görə bilərsiniz".

**
12 iyul

Bakıda məşhur konfet firmalarının birinin istehsalı olan məhsulun içindən iynəyə bənzər dəmir parçası çıxıb.

Bakupost.az-ın məlumatına görə, Kamran Əli adlı Bakı sakininin sosial şəbəkədə paylaşdığı fotodan və yazdığı qeyddən aydın olur ki, "Elvan" şirkətinin istehsalı olan "Toffix" konfetinin içərisindən ölümcül nəticələrə səbəb ola biləcək dəmir parçası çıxıb.

Şikayətçi bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb.

Kamran Əlinin paylaşımının altında şərh yazan başqa şəxslər də bu konfeti ən çox uşaqların istifadə etdiyini və ortaya çıxan bu skandal məsuliyyətsizin ölümcül nəticələrə səbəb ola biləcəyini, bu məhsulları uşaqlarına verməyəcəklərini yazırlar.

Fotonu təqdim edirik:



Paylaş:


Müəllif : Tarix:
13-07-2019, 15:49
Sikayət   


loading...
Загрузка...