Müəllimlərin kütləvi etirazı: - Nazirin qərarı təxirə salındı?
Son günlər müəllimlər üçün ən aktual məsələlərdən biri sertifikatlaşdırmadır.
Belə ki, iyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.
Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə müəllimlər sertifikatlaşdırma prosesini müzakirə edirlər. Bir çox təhsil ekspertləri sertifikasiyanın keçirilməsinin tərəfdarı olsalar da bəzi müəllimlər sertifikasiyaya o qədər müsbət yanaşmırlar. Ekspertlərin fikrincə, pedoqoji təhsili olan, hər bir savadlı müəllim sertifikasiyadan keçəcək. Müəllimlər arasında yaranan bu təşviş isə prosesin ilk dəfə keçirilməsi ilə əlaqələndirilir. Bununla yanaşı, nazirlik tərəfindən bölgələrdə müəllimlərlə görüşlərin keçirildiyi ilə bağlı da məlumatlar var. Bəzi müəllimlər yaranmış vəziyyətlə bağlı sertifikasiyanın ləğv olunacağı qənaətindədirlər.
Sertifikasiyanın təxirə salınacağı məlumatı nə dərəcədə doğrudur? Məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçiriləcək:
“İlkin mərhələdə bu prosesdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Quba-Xaçmaz, Abşeron-Xızı, Gəncə-Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulur. Quba-Xaçmaz, Gəncə-Daşkəsən regional təhsil idarələri üzrə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilib. Bu tədbirlər davamlı olaraq bütün regionlar üzrə həyata keçiriləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-05-2022, 14:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər