Ziya Məmmədovun yediyi milyonların TÜSTÜSÜ İNDİ ÇIXIR - FOTO
Ümumilikdə 641 milyon manata yaxın vəsaitin xərcləndiyi Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu dağıdılıb.
Bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat verib.
“Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması” layihəsində Azərbaycan tərəfinin payına düşən 182 kilometrlik hissənin maliyyələşdirillməsinə 2005-2010-cu illərdə 625,7 milyon manat xərclənib. Bundan başqa 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə (məsələn, yol qovşaqlarının, körpülərin tikintisi) yönəldilib. Ümumilikdə 641 milyon manata yaxın vəsait edir. Bunlar hələ Azərbaycanın ödədiyi puldur. Layihə səhv etmirəmsə, Dünya Bankının Azərbaycan hökuməti ilə birgə layihəsidir. İndi bu yol dağıdılıb. Bir neçə il idi, sürücülər zülm çəkirdilər. Çünki yol yararsız hala düşmüşdü. İndi həmin milyonlar heç nə olmamış kimi dağıdılır və növbəti milyonlar hesabına yenidən qurulur", - deyə ekspert bildirib.
Qeyd edək ki, bu il aprel ayında Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) məlumat yayaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda əsaslı təmir-bərpa işlərinə başlanılacağını bildirmişdi.
Məlumatda qeyd olunub ki, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2022, 11:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər