“Misli” qumarı “Topaz”ı çökdürüb obyektləri ələ keçirir: Oynama, uduzma! - TƏFƏRRÜAT
Bakıda və bölgələrdə “Topaz” bukemeyker kontorlarının sıradan çıxarılması, yerini “Misli” mərc yarışlarının tutması prosesi gedir.
TİA.Az-ın araşdırma qrupu yazır ki, hazırda xüsusən paytaxt ərazilərində “Topaz” məntəqələrinin üzərindən bu ad götürülərək “Misli” yazılır.
“Azərlotereya” ASC tərəfindən “Poz, qazan” və “Misli” mərc oyunlarının təşkil olunması çərçivəsində fəaliyyətin genişləndirilməsinə start verilib.
Artıq çökdürülən “Topaz” bukmeyker biznesini “Misli” qumarı əvəzləyəcək. Xüsusən də keçmiş dəmiryolçu Cavid Qurbanovun “Topaz” biznesi əlindən alındıqdan sonra bu obyektlər son aylar iflas dövrünü yaşayır.
İndisə “Misli” mərc oyunları “meydan sulamaqdadır” və “Topaz”ın obyektlərini bir-bir ələ keçirməyə başlayıb. Ona görə də Azərbaycanın qumar bazarında “Topaz”a rəqib peyda olub - “Misli” adında.
“Misli” misli görünməmiş reklam işi aparır. Reklam roliklərindən belə aydın olur ki, qumarxana “stavka”nı gənclərə edib. “Topaz” qumar bazarına daxil olanda bir az fərqli taktika seçmişdi: az qala, təqaüdçüləri də hədəf almışdı. İlk vaxtlar bu taktika özünü doğrultmuşdu.
İdman yazarı Natiq Muxtarlı deyir ki, burada başqa fəlsəfə yoxdur axı: “Bunu yaradanlar qazanmağı hədəf götürüblər, havayı pul paylamağı yox. Çox inanıram ki, “Topaz”a peşkəş etdiklərinizdən sonra ağıllanıbsınız, daha “Misli”nin qumarxanalarına üz tutmazsınız. Adda-budda kimlərsə udacaq. Amma araşdıranda məlum olacaq ki, o bədbəxt uduzduğundan 5 misl az udub. Ya da udduğunun 5 mislindən artığını sonradan uduzacaq. Məndən deməkdir, bu oyunun bir fəlsəfəsi var: Oynamayan qalibdir. Yəni oynamırsan və uduzacağın pul cibində qalır. Bundan yaxşı qazanc yoxdur. İndi özünüz bilin, istəyirsiniz “misli”nin reklamına inanın, istəyirsiniz mənə. Amma bildiyim odur ki, “misli”nin reklamının misli görünür: heç nə uda bilməyəcəksiniz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-06-2022, 15:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər