Tərki silah edilmiş general – Heydərovun zamanı...
Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun doğum günüdür. Nazir 58 yaşını qeyd edir.
Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub.
1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Sonradan Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışıb. Sovet hakimiyyəti dağıldıqdan sonra həm Azərbaycanda, həm də Özbəkistanda bizneslə məşğul olduğu bildirilir. Hətta onun Özbəkistanda pambıq zavodları alması ilə bağlı məlumatlar yayılmışdı…
Mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən az sonra – 1995-ci ilin yanvar ayında hökumətdə yüksək vəzifəyə – Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinat alıb. “Wikileaks” tərəfindən yayımlanmış məxfi sənədlərdə Bakıda diplomatik fəaliyyətdə olan ABŞ diplomatı Donald Lunun Vaşinqtona göndərdiyi raportlarda K.Heydərovun adı qırmızı xəttlə keçirdi. O, prezident Heydər Əliyevin belə bir qərar verməsini Kəmaləddin Heydərovun güclü rəhbərlik keyfiyyətlərinə malik olması ilə bağlamışdı. Lu öz hesabatında eyni zamanda qeyd etmişdi ki, “Kəmaləddin Heydərov hakim partiyanın işini gücləndirərək Heydər Əliyevin etimadını qazanmış, nəticədə, prezident, vacib DGK sədri vəsifəsini ona etibar etmişdi”.
Azpolitika saytı yazır ki, Kəmaləddin Heydərov güclü idarəçilik bacarığına malik olmasını 2006-ci ilin fevral ayında Fövqalədə Hallar naziri vəzifəsinə təyin olunduqdan sonra da göstərə bildi. Tamamilə sıfırdan qurulan nazirliyin qısa müddətdə ölkənin ən güclü və işlək strukturlarından birinə çevrilməsinin həm də Heydərovun təşkilatçılıq keyfiyyətləri ilə bağlı olduğu şübhə doğurmur. Yəqin bu keyfiyyətinə görə, Fövqalədə Hallar Nazirliyi ilə yanaşı Heydərov uzun illər Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin də fəaliyyətinə nəzarət edə bilib…
Kəmaləddin Heydərov eyni zamanda iri biznes strukturlarına məxsus oliqarx kimi də tanınır. Ona məxsus “Gilan holdinq”in tərkibində həm ölkə daxilində, həm də xaricdə yüzlərlə müəssisə fəaliyyət göstərir. Heydərovun biznes strukturları kənd təsərrüfatından tutmuş tikinti məhsulları istehsalna, otel biznesindən başlamış balıqçılıq sənayesinə qədər, ən müxtəlif sahələrdə fəaliyyət göstərir. Ümumiyyətlə, Heydərovun biznes fəaliyyəti o qədər genişdir ki, ona ayrıca bir neçə yazı həsr etmək olar…
Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olan Kəmaləddin Heydərovun, idman sektorunda da imzası var. Qeyd olunan sahələrin inkişafı ilə yanaşı “Qəbələ” futbol klubunun yaradılması məhz Heydərovun adı ilə bağlıdır.
Heydərovlar mədəniyyət sahəsində də fəaldırlar. Kəmaləddin Heydərov bəstəkardır. Mahnılarını “Kamal” imzası ilə bəstələyir. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. K.Heydərovun özü televerilişlərdən birində bildirib ki, o, əvvəldən müəllifi olduğu mahnıların altında öz adının tam yazılmasını istəməyib, bəstələr “Kamal” imzası ilə tanınıb.
Kəmaləddin Heydərovun izinə media sektorunda da rast gəlmək olar. Ölkədə bir sıra agentlik və saytların, o cümlədən bu yaxınlarda müəmmalı şəkildə bağlanan və bir neçə aydan sonra yenidən fəaliyyətə başlayan “APA” da məhz Heydərovun patronajlığı altında fəaliyyət göstərir. Eyni zamanda, cənab Heydərovun Azərbaycanın siyasi cameəsi arasında da güclü dayaqları var.
Sözsüz ki, K.Heydərov bütün bu uğurlara məhz sabiq və hazırki prezidentlərin böyük etimadı sayəsində nail ola bilib. Lakin son 2-3 ildə Kamalın heç də yaxşı günlər keçirmədiyi çox aydın şəkildə müşahidə olunub. Onun biznesində böyük problemlər yaranıb, kurasiya etdiyi sahələr ard-arda nəzarətindən çıxarılıb, komandası parçalanıb və ondan narazı salınıb, avtoritetinə güclü zərbələr endirilib və bütün bunlar onun psixoloji halına ciddi təsir edib…
Lakin bu qədər zıppıltıdan sonra belə K.Heydərovun büdrədiyini əminliklə söyləmək mümkün deyil. Onu, çox güclü bir özəlliyi başqalarından həmişə fərqləndirib – ENİNDƏ-SONUNDA BÜTÜN DÜŞMƏNLƏRİNƏ VƏ RƏQİBLƏRİNƏ QALİB GƏLİB. Son 25 ildə həmişə belə olub. Sanki, sonuncu belə döyüşdən də yenə Heydərov qalib çıxmış kimidir. Amma bu qələbə “Pirr qələbəsi”ni xatırladır – ordusunu itirmiş sərkərdə təsirini bağışlayır Kamal…
İndi bu “ordusuz sərkərdə” ilə bağlı nə qərar veriləcək, demək çətindir. Amma hansısa qərar olacaq – buna ciddi əminlik var…
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-07-2019, 19:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-07-2019, 19:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24