reklam
Regionxeberlericom.az » Gündəm » Eldar Mahmudovun gəlinindən şok iddia - Pul tələb edir

reklam

Eldar Mahmudovun gəlinindən şok iddia - Pul tələb edir


Beynəlxalq Bankla bağlı mənimsəmələrdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini Leyla Mahmudovanın da adı hallanır.

L.Mahmudova Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın birinci nikahdan olan qızıdır. Cinayət işindən aydın olur ki, bankdan Leyla Mahmudovanın da adına böyük məbləğdə kreditlər ayrılıb.

Sən demə, L.Mahmudova həm də Beynəlxalq Bankın səhmdarlarından olub. 2015-ci ildə C.Hacıyev Beynəlxalq Bankın rəhbəri vəzifəsindən uzaqlaşdırılandan sonra L.Mahmudova səhmlərini satmaq qərarına gəlib.

“Yeni Sabah” xəbər verir ki, Bizimyol.info-nun əldə etdiyi məlumata görə, 29 iyun 2015-ci ildə L.Mahmudova ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adından “İnternational Transaction System” arasında alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, L.Mahmudovanın adına olan 23 milyon 967 min səhm satılıb, amma pulu ödənilməyib. Ardınca 2015-ci ilin dekabrında C.Hacıyev həbs olunub.

Səhmlərin pulu ödənilmədiyinə görə, L.Mahmudova, anası Z.Hacıyeva Beynəlxalq Banka qarşı iddia ilə məhkəməyə müraciət edib. Çünki eyni tarixdə Z.Hacıyevanın adına da 15 milyon 476 min səhm satılıb. Qızı kimi, onun da səhmlərilə bağlı alqı-satqı müqaviləsi imzalansa da, pul ödənilməyib.

Onların məhkəməyə müraciətindən sonra Beynəlxalq Bank da qarşılıqlı iddia qaldırıb. İddia tələbi də belə olub ki, bank adından “İnternational Transaction System”lə Z.Hacıyeva, L.Mahmudova arasında bağlanmış alqı-satqı müqavilələri ləğv edilsin. Məhkəmə də iddianı təmin edib – müqavilələr ləğv olunub, səhmlər üzərində onların mülkiyyət hüququ bərpa olunub.

L.Mahmudova və anası qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər versə də, qərar dəyişməyib.

Sonradan L.Mahmudovanın mülkiyyətində olan həmin səhmlərin üzərinə məhkəmə qərarıyla həbs qoyulub, ardınca da müsadirə edilib. Çünki Beynəlxalq Bankdan götürdüyü böyük məbləğdə kreditləri ödəməyənlər arasında L.Mahmudova da vardı. Kredit ödənişi onun əmlakına yönəldilib.

Leyla Mahmudova və həyat yoldaşı Anar Mahmudovun hazırda Londonda yaşadığı bildirilir.



Paylaş:


Müəllif : Tarix:
15-07-2019, 21:17
Sikayət   


loading...
Загрузка...