reklam
Regionxeberlericom.az » Gündəm » Bərdənin icra başçısı Şəhidlər Aibdəsini ÖZƏLLƏŞDİRİB – BU NƏDİ BELƏ?

reklam

Bərdənin icra başçısı Şəhidlər Aibdəsini ÖZƏLLƏŞDİRİB – BU NƏDİ BELƏ?












Bərdə şəhərində elə qudurğanlığa və müştəbehliyə yol verilib ki, onu ən korrupsioner, ən acgöz və tamahkar, xalqa münasibətində saymazyana olan məmur da etməz.

Buna qudurğanlıq da demək azdır, birbaşa cinayət məsuliyyəti yaradan addımdır. Çünki toxunulmaz atributlar, dəyərlər var, onlara vandal yanaşması olanda cinayətə bərabər qiymətləndirilir.

Söhbət ondan gedir ki, Qorbaçov, Primakov, Yazov kimi canilərin qətlə yetirdiyi azərbaycanlılara ehtiram üçün qoyulan abidəni yerlə-yeksan etmək, satıb varlanmaq ən idbar hərəkətdir. Onu da Bərdənin “Pirmakov”u olan icra başçısı Vidadi İsayev edib.

Bəli, biz 1990-cı il, 20 Yanvar gecəsi azadlıq uğrunda 147 qəhrəman şəhid verdik, bu il faciənin 32 illiyi anıldı, Bakıdakı Şəhidlər Xiyabanı başda olmaqla ölkənin bütün bölgələrində şəhid abidələri ziyarət edildi, onların ruhuna dualar oxundu, qərənfillər qoyulub ehtiram göstərildi. Bəs, Bərdədə nə oldu?

Məlum oldu ki, Bərdənin “Qorbaçov”u şəhərdəki 20 Yanvar şəhidləri üçün olan abidə-kompleksi dağıdaraq yerini satıb. Bu özbaşınalığı və mənəvi baxımdan kasadlığı əks etdirən hərəkəti heç bir rüşvətxor məmur bəlkə eləməzdi, İsayev edib.

Ən dəhşətlisi 20 Yanvar şəhidləri üçün olan abidə-kompleksinin ərazisini heç kəsə yox, öz qaynı və sürücüsü olan Binyətov Çingiz Kəmaləddin oğlunun adına rəsmiləşdirib. Bərdə kimi böyük şəhərdə yer qəhət olub ki, icra başçısı şəhidlərə aid kompleksi sökdürüb yerini zəbt edib.


Bu haqda əldə etdiyimiz bilgilərə görə, Bərdə rayon İcra Hakimiyyəti tərəfindən möhürlü-ştamplı imza atılıb, ərazi İsayevin qaynına bağışlanıb. Görünür, şəhidlərə ehtiram üçün nəzərdə tutulan abidənin yerində çayxana, ya da ticarət obyekti tikmək planı olub. Siz şəhidlərə münasibətdə təhqiramiz mövqeyə, özündənrazılığa baxın!

Əlbəttə, bu təkcə xalqa deyil, dövlətə, onun rəhbərliyinə də hörmətsizlikdir. Əslində, bu informasiya səhih şəkildə Prezident Administrasiyasının Bərdə üzrə kuratoru tərəfindən dövlət başçısına məruzə edilsə, V.İsayevin sərəncamı 15 dəqiqə içində hazır olar.

Çünki Prezident bu cür nalayiq addımları qəzəblə qarşılayır və əfv etmir. Onsuz da İsayevdən boğaza yığıblar və bir neçə dəfə həbsi gündəmə gəlsə də, onun himayə edən dairələr son anda qərarın ertələnməsinə nail olublar.

Odur ki, bu kritik gərginliyi duyan Bərdənin icra başçısı sözügedən şəhidlik abidəsi ilə bağlı təcili addım atıb. Redaksiyamızı məlumatlandıran yerli sakinlərin bildirdiyinə görə, V.İsayev həmin yerin qaynına verilməsi haqda hərracın nəticələrini də, sərəncamı da etibarsız edib, ləğv olunub. Həmin sərəncam necə it-bata salınıbsa, necə qəhətə çıxıbsa, İH-nin dəhlizlərində var-gəl edənlərdən “gördüm” deyən olmayıb.

İcra başçısının qaynı isə həmin yerdən istifadə edə bilmir. Sadəcə, Bərdə “firon”u aranın sakitləşməsini gözləyir, toz-duman yatdıqdan sonra xəlvətcə sərəncamı qüvvəyə mindirəcək. O baxımdan yerli camaatın da üzərinə ictimai nəzarət yükü düşür.

Prezident yerli telekanallara müsahibəsində demişdi ki, məmurlara ictimai nəzarət güclənməlidir. O, həmçinin bir çox hallarda neqativ məsələləri mətbuatdan öyrəndiyini təsdiqləmişdi. Bərdəlilər də bu çağırışa qoşularaq ictimai nəzarəti artırmaqla 20 Yanvar şəhidlərinə aid sökülmüş abidənin yerində hər hansı obyekt tikintisinə imkan verməməli, daim gündəmdə saxlamalıdırlar.

Əks təqdirdə “primakov”lar, “yazov”lar fürsət gözləyirlər. Hətta V.İsayev qırmızı xətti o dərəcədə keçib ki, Prezidentin mərhum atası, sabiq dövlət başçısı Heydər Əliyevin vaxtilə dediyi “20 Yanvar faciəsi mənim şəxsi faciəmdir” cümləsini də unudub və abidə-kompleksi dağıtdırıb. Yəni, təkcə şəhidlərə, onların ailələrinə, xalqa deyil, habelə hakimiyyətə qarşı hörmətsizlik nümayiş etdirib, təxribata yol verib.

Şəhid xatirəsinə, şəhid ruhuna qarşı barbarlığa bərdəlilər və ölkə ictimaiyyət susqun qalmamalıdır. Azərbaycan xalqı geridəqalmış, müstəmləkə olan bir dövlətin əzilmiş, sındırılmış vətəndaşları deyil. Vidadi İsayev şəhid atalarının qarşısında üzrxahlıq etməli və bu əməlindən sonra peşman olub istefa verməliydi. Lakin...

Lakin Bərdənin icra başçısı çıxış yolunu sərəncamı ləğv etdirib işi ört-basdır etməkdə görüb. Di gəl, bu gün də məsələ rayonda danışılır. Hətta bəzi məlumatlara görə, V.İsayev möhkəm narahatdır və yaxın çevrəsində qeyri-rəsmi söhbət zamanı vəziyyətin ciddi olduğunu bildirib. İddialara görə, icra başçısı ölkə rəhərliyi tərəfindən cəzalanacağından bərk qorxur.

Çünki İ.Əliyev TV-lərə müsahibəsində aydın şəkildə xəbərdarlıq etmişdi - kim dəmirbarmaqlıqlar arasına düşmək istəmirsə, çirkin əməllərindən əl çəkmirsə, vəzifəsindən istefa verib getsin.





Paylaş:


Müəllif : Tarix:
7-06-2022, 09:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər