5 villalı icra başçısı və KƏDƏRLİ KÜDÜRLÜ... - NARAZILIQ VAR!
Problemləri başından aşan Küdürlü kəndinin bir qrup sakini Tezadlar.az-a müraciət edərək media üzərindən aidiyyəti dövlət qurumlarından kömək istəyir. Şəkinin mərkəzindən 12 km məsafədə yerləşən Küdürlü kəndi, nədənsə, gözdən uzaq, könüldən iraq düşüb. Küdürlünün problemləri o qədər ciddidir ki, kəndin əhalisi artıq çıxılmaz vəziyyətdədir.
Nahaq yerə demirlər ki, kəndin abadlığı yolundan bəlli olur. Küdürlü kəndinin isə yolları bərbad vəziyyətdədir. Yolların bərbad vəziyyətdə olması sakinlərin gediş-gəlişini çətinləşdirir. Sakinlər bildirir ki, qışda, yazda vəziyyət daha da dözülməz olur. Yağış yağanda piyadalarla yanaşı, sürücülər də xeyli əziyyət çəkirlər. Taksi sürücüləri belə, kəndə maşın sürmürlər ki, avtomobilə ziyan dəyir. Kənddə xəstələnən olsa, təcili yardım gəlmir, bədbəxt hadisə olanda FHN maşınları vaxtında köməyə çatmır və s. Qeyd edək ki, sakinlər uzun illərdir bu barədə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmır. Sanki hansısa sehrli bir əl bu işlərə mane olur...
...Kəndi iki yerə ayıran körpünün də vəziyyəti acınacaqlıdır. 20 ildən çoxdur dağılan körpü təmir edilməyib. Əvəzində, yaxınlıqda dəmir konstruksiyalı ensiz körpü salınıb. İndi bu körpüdən həm məktəbə gedən uşaqlar keçir, həm avtomobillər, həm də kəndin mal-qarası...
Sadalamaqla bitməyən Küdürlünün ən böyük problemi isə elektrik enerjisi ilə bağlıdır. Sakinlər hələ də taxta, ağac dirəklərdən və hörümçək toruna bənzər naqillərdən istifadə edirlər. Ağac dirəklərə bağlanan naqillər hər an bədbəxt hadisə törədə bilər. Yağışın yağması və küləyin əsməsi isə kəndin qaranlığa qərq olması deməkdir. Vay o gündən ki, yağışlı və küləkli hava günlərlə davam edə...
Kəndin digər problemlərindən biri təbii qazın olmamasıdır. Bu baxımdan, qış fəslində əhalinin istiliklə bağlı qayğıları da artır. 800-ə yaxın sakinin yaşadığı kəndin əhalisi ötən qışı da qazsız keçirmələrindən şikayətlənir. Məcbur qalan kənd sakinləri evlərini isitmək üçün müxtəlif yollara əl atırlar. Qazın olmaması səbəbindən ailələr qış mövsümündə odun üçün xeyli məbləğdə pul xərcləməyə məcbur olurlar. Odunun kubunu çox baha qiymətə alırlar, çünki sakinləri odun tədarükü üçün meşələrə buraxmırlar. Sakinləri maraqlandıran əsas məqam odur ki, qaz kəməri kəndin girişinə qədər çəkilsə də, 2013-cü ildən mavi qazla təmin olunacağına söz verilsə də, bu, elə vəd olaraq qalıb.
Kənd sakinləri su qıtlığından da şikayətçidirlər. Mal-qaranın, əkinin su dərdi bir yana, sakinlər içməli su ehtiyaclarını belə təmin edə bilmirlər. Suyu ya qonşu kənddən uzun yol qət edərək piyada gətirməlisən, ya da suyu od qiymətinə satan maşınlarla.
Kənd sakinlərinin sözlərinə görə, vəsait də ayrılıb, quyu da qazılıb, amma quyudan su çıxmır. Sakinlərə qəribə gələn odur ki, qazılan quyulardan su çıxmayandan sonra bu işi layihələndirib-planlayanlar heç bir məsuliyyət daşımırlar.
Qeyd edək ki, Küdürlü kəndində 9 illik orta ümumtəhsil müəssisəsinin olması da ciddi problemlərə yol açır. Belə ki, kənddə 9-cu sinfi bitirən şagirdlərin əksəriyyəti bir çox səbəbdən 10 və 11-ci siniflər üzrə təhsil ala bilmirlər. Öz kəndinin 9 illik məktəbini bitirən şagird növbəti ildən qonşu kənddə təhsilini davam etdirmək məcburiyyətində qalır. Bir çox hallarda isə bu istək elə istək olaraq da qalır. Nəqliyyat, yol və digər çətinliklər səbəbindən şagirdlər hər gün qonşu kəndə və ya rayon mərkəzinə gedib təhsillərini tamamlamağı bacarmırlar.
Kənd sakinləri telefonlaşdırma sahəsində də problem yaşayırlar. Uzun illərdir kənddə telefon dirəkləri basdırılsa da, hələ də telefon xətti çəkilməyib.
Sakinlər xüsusi olaraq vurğulayırlar ki, üzləşdikləri problemlərlə bağlı şikayət etdiklərinə görə onların adını “dövlətə qarşı çıxanlar” qoymasınlar. Etirazları kəndin mövcud problemləri ilə bağlıdır. Onlar yalnız üzləşdikləri problemlərin həlli üçün dövlətdən kömək istəyirlər.
Ümid edək ki, tezliklə Küdürlü kəndinin problemləri həllini taparaq abad kəndlər siyahısına əlavə olunacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-06-2022, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər