FHN-nin KÖLGƏDƏ QALAN KORRUPSİONERİ... - Nə onu dindirən var... nə də ona dinən...
Biz kiminsə uğuruna, yaxud milyonlarına paxıllıq edəcək adamlar deyilik. Amma....
Əmması odur ki, uğur da, milyonlar da halal yolla qazanılmalıdır.
Ölkədə kifayət qədər savadlı, səriştəli, peşəkar kadrlar olduğu halda ibtidai sinif müəllimi necə gəlib Fövqəladə Hallar Nazirinin müavini ola bilər..?
Axı, bu sahə spesifik sahədir, burada peşəkarlar çalışmalıdır.
İbtidai sinif müəllimi gedib dərsini desə, daha məntiqli olar.
Rəhmətlik böyük şairimiz, Şəhriyar əbəs yerə demirdi ee...
Bizdən öndə gedir avropalılar,
İşi iş bilənə tapşırır onlar...
Bəli, bizim son 30 ildə ən böyük problemimiz odur ki, az-çox öz sahəsini bilən, təcrübəsi olan şəxsləri vəzifədən uzaqlaşdırıb, savadsız, qeyri-peşəkar şəxsləri vəzifələrə doldurduq.
Belələrindən biri də Fövqəladə Hallar Nazirinin müavini cənab Orucəli Hacıyevdir.
Məlumat üçün qeyd edək ki, bu şəxs Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib və ixtisasca ibtidai sinif müəllimidir.
Bu adam uzun müddət qara metal biznesi ilə məşğul olub.
Sonradan qara metal biznesi Paolo Pərvizə veriləndə bu adam Azərbaycanı tərk edərək Ukraynada yaşamağa başladı.
Və Ukraynadan İrana ixrac edilən qara metal biznesinin başında dayandı.
Bir neçə il əvvəl isə Fövqəladə Hallar Nazirliyi yaradılanda, hazıra nazir kimi, gəlib oldu nazir müavini.
Bir deyən olmadı ki, axı burada illər uzunu canını qoyan, konkret olaraq Ukraynada, Kiyevdə, Xarkov şəhərində bu ixtisas üzrə oxumuş, təcrübəli insanlar var.
Bu insanlar olduğu halda “əlifba müəllimi” necə nazir müavini ola bilər..?
Nə isə, Orucəli Hacıyev oldu nazir müavini.
Sonra bəlli oldu ki, özünü boz kardinal kimi aparan Orucəli Hacıyev özünə məxsus olan “Babək-97” şirkəti vasitəsilə hər ay Azərbaycana 50 min ton sement idxal edir.
Sementi alan kim olsa yaxşıdır...?
Əlbəttə, FHN...
Bəli, şirkət rəhbəri Orucəli Hacıyev, 50 min ton sementi hər ay nazir müavini Orucəli Hacıyevə satır.
Dünyanın heç bir ölkəsində belə biabırçılıq ola bilməz.
Bu birbaşa cinayət əməlidir.
Nazir müavini biznes fəaliyyəti ilə məşğul olur.
Hələ bu harasıdır..?
Orucəlinin adı Ukraynada iş adamının öldürülməsində hallanır.
Mediada yayılan xəbərlərdən bəlli olur ki, Ukraynada öldürülən iş adamının anası deyir ki, Orucəli mənə dedi ki, sənin oğlunu general Rövşən Ələkbərov öldürüb… Amma sonra sözünü dandı. Bu əməlin adı Cinayət Məcəlləsində cinayəti bilib gizlətməkdir.
Mediada yayılan digər xəbərdən bəlli olur ki, Orucəli Hacıyev Pirşağıda vətəndaşları aldadaraq 2 hektar torpaq sahəsini ələ keçirib. Belə ki, Orucəli Hacıyev 16 nəfər şəxsin 2 hektar torpaq sahəsini alıb orada istirahət kompleksi tikmək istəyib. Və vətəndaşlardan etibarnamə alaraq torpaqları ələ keçirib. Yazılarda bildirilir ki, bu işdə Orucəli Hacıyevin yaxın dostu “Axund” FTKA şirkətinin sahibi Fuad Axundov vasitəçilik edib.
Orucəli Hacıyevin adı həm də ayı ovlamaqda hallanır.
Bəli, Orucəli Hacıyev Şamaxıda böyük torpaq sahələrini ələ keçirib, orada otel və villa tikdirib, hətta deyilənə görə qoruq ərazilərində ayı ovlayır.
Hətta bir vaxtlar Orucəli Hacıyevin ayı ovlaması ilə bağlı mediada video yayılmışdı, sonradan hamısı silindi.
Orucəli Hacıyevin adı həm də mediada dəhşətli intihar hadisəsində hallanır.
Belə ki, sahibkarın həyat yoldaşı Prezident İlham Əliyevə müraciətində yazır ki, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından vədlər verərək həyat yoldaşımı klinker (sement istehsalı üçün xammal ) alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib.
Respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyən bacısı oğlu sahibkarı müflis vəziyyətinə salıb. Və sonda sahibkar özünü güllə ilə vuraraq öldürüb.
Bəli, cənab nazir müavinin adı nələrdə hallandırılmır.
Cənab nazir müavinin oğlu Elvin Hacıyev də atasından geri qalmır.
İndi Elvin Hacıyevin biznes şəbəkəsinə nəzər salaq:
– “BOL SÜFRƏ” MMC
– “BABYLON-GROUP” MMC
– “BABYLON AQRO” MMC
– “BT PROJECT” MMC
– “APİ DELTA GROUP” MMC QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb).
– Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC);
– Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group);
– Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”);
– SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”);
– SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) – (“Babylon Group”);
– SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”); “Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib.
– Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC).
– Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”)
– TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir.
– Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dollar aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
Görəsən adi ibtidai sinif müəllimi olan Orucəli Hacıyev bu boyda biznes imperiyasını hansı yolla yaradıb..?
Bəs onun gənc oğlu bu boyda biznes imperiyasını necə yaradıb..?
Bu gənc 11 milyonu haradan alıb şirkət təsis edib..?
Bu artıq bizim deyil, müvafiq dövlət qurumlarının işidir.
P.S. Biz isə öz növbəmizdə deyirik, vay dədəm vay, camaatda pula bax eee...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:10-06-2022, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər