reklam
Regionxeberlericom.az » Gündəm » Mərdan Camalov `ARXİV İŞİ`ndə İLİŞƏ BİLƏRMİ? - İLGİNC İDDİALAR...

reklam

Mərdan Camalov `ARXİV İŞİ`ndə İLİŞƏ BİLƏRMİ? - İLGİNC İDDİALAR...















Məlumdur ki, bir neçə gün öncə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Şirvan şəhərində əməliyyat keçirməsi ilə bağlı xəbər yayılıb.

Əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov saxlanılıb.

Əməliyyat zamanı həmçini İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxslərinin də saxlanıldığı bildirilir.

Bundan əlavə Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı da həbs edilib.

Rəsmi məlumata görə, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsində axtarışlar aparılıb. İdarələrin bir neçə vəzifəli əməkdaşı saxlanılıb.

Beləliklə Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının direktorunun qanunsuz əməlləri ifşa edilib.

Sonradan Baş Prokurorluğun özünün yaydığı rəsmi məlumatdan bəlli olur ki, Dövlət Arxivinin Şirvan filialının direktoru Hamlet Hüseynovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hamlet Hüseynovun qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədi ilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və təqsirləndirilən şəxsin digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu rəsmi xəbərdən sonra onu qeyd edək ki, adi oxucu düşünə bilər ki, Arxiv İdarəsinin rüşvət və korrupsiyaya nə dəxli ola bilər..?

Doğrudan da, Milli Arxiv İdarəsinin korrupsiya ilə əlaqəsi az qala gülməlidir.

Arxiv hara, korrupsiya hara..?

Amma…

Əmması odur ki, biz Gündəlik-Bakı olaraq illər öncə yazırdıq ki, bir çox cinayət əməllərinin başında Arxiv İdarəsi dayanır. Necə..?

Bəli biz bir media olaraq neçə ildir yazırıq ki, Milli Arxiv İdarəsinin rayon qurumları torpaqların sərəncamı və xərəitəsi ilə bağlı sənədləri saxtalaşdırıb dövlət qurumlarına təqdim edirlər.

Təsəvvür edirsiniz, məhkəmələrdə Milli Arxiv İdarəsininn verdiyi saxta arayışlar əsasında qətnamələr qəbul edilir, kimlərsə torpaq sahibi olur.

Məsələn, 50-ci illərdə yardımçı təsərrüfat üçün verilmiş torpaq sahələrini özəlləşdirmək üçün Əmlak Komitəsi vətəndaşdan 50-60 min pul tələb edir.

Vətəndaş məcbur olub vəkil tutur, məhkəməyə müraciət edir ki, öz hüququnu təmin etsin.

Sonda nə olsa yaxşıdır..?

Məhkəmə deyir ki, gedin Əmlak Komitəsi ilə barışın, dil tapın, mən qərar verim...

Təsəvvür edirisiniz, vətəndaş öz əmlakını özəlləşdirmək üçüm ƏDALƏT MƏHKƏMƏSİNƏ müraciət edir. Məhkəmə isə deyir ki, get Əmlak Komitəsi ilə dil tap, yəni istədiyi rüşvəti ver...

Bəlkə də çoxlarına adi xəbər kimi gələr. Amma bu gün Milli Arxiv İdarəsinin rayon şöbələrində elə cinayət əməlləri baş verir ki...

Bəli, bu idarə torpaqların xəritəsini, hətta təyinatını dəyişir, arxivdəki sənədləri saxtalaşdırır və s...

Bu dövləti cinayətdir. Bu barədə biz Gündəlik-Bakı olaraq illər öncə yazmışıq.

İndi həbs olunan şəxslərin əksəriyyəti vaxtilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hazırda Zərdabın icra başçısı olan Mərdan Camalovun ən yaxın adamları, daha doğrusu, köhnə qvardiyasıdır.

Bu şəxslərin hər biri yəqin ki, istintaq zamanı Mərdan Camalovla bağlı bildiklərini deyəcəklər.

Yəqin ki, yaxın zamanda Zərdabın icra başçısı Mərdan Camalovun həbsi qaçılmaz olacaq.

P.S. Milli Arxiv İdarəsində baş verən cinayət əməlləri ilə bağlı araşdırmamızı davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
11-06-2022, 11:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər