reklam
Regionxeberlericom.az » Gündəm » AQTA indi də Lənkəranda sahibkarlara QAN UDDURUR... - qurum elə bir bəlaya çevrilib ki...

reklam

AQTA indi də Lənkəranda sahibkarlara QAN UDDURUR... - qurum elə bir bəlaya çevrilib ki...
















Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarların başına elə bəla olub ki, az qala hər həftə ölkənin bir yerindən şikayətlər gəlməkdədir. Qurumun gah pomidor ixracına yaratdığı maneələr, gah marketlərdə satılan məhsullara nəzarətsizliyi haqda danışılarkən bu dəfə daha bir problem meydana çıxıb. DİA.AZ Anaxeber.info-ya istinadla məlumat verir ki, növbəti narazılıq dalğası Lənkərandan gəlib. Prezidentə müraciətdə qeyd olunur ki, AQTA-nın səriştəsiz fəaliyyəti Lənkəranda daha aktual olmağa başlayıb. Belə ki, Belarusdan ixrac edilən kartofun laboratoriya müayinəsi zamanı müsbət cavab alındıqdan sonra sözügedən qurum fitosanitar sertifikatın nüsxəsini verib, əslini verməkdən imtina edir. Nəticədə Belarusdan firmaya nativiqasiya gəldiyi barədə xəbər verərək fitosanitar sənədin əslini verməkdən imtina etməkdədir. Hazırda məhsul nəqliyyat vasitəsində 3 gündən artıq qaldığı halda xarab olmasını, sahibkara zərər dəyməsini belə nəzərə almırlar. Prezidentə müraciətdə deyilir ki, özlərini qoçu kimi apararaq, ixrac sənədinin əslini verməkdən imtina edirlər: "Sənəd hazır olduğu halda verilməməsinin səbəbini soruşduq, Qida Təhlükəsizliyinin Regional idarəsinin rəisi Ağayev Sami və onun himayədarı - həm də yerlisi Xalid Ələkbərlinin icazəsi olmadığını bildirdilər. Xalid Ələkbərli Belarusdan gələn məhsuldan zərərverici çıxdığını bəhanə edib. Həmin məhsul regional idarənin laboratoriyasında müayinə olunub, sonra ixrac edilib. Yəni heç bir nöqsan yoxdur". Sahibkar Baş Prokurorluğuna üz tutaraq, Ağayev Samir və onun yerlisi, himayədarı olan Xalid Ələkbərlinin haqqında tədbir görülməsini istəyir. Amma çox qəribədir ki, AQTA rəhbəri Qoşqar Təhməzli idarələrdə belə məmurlar saxlamaqla əvvəlki idarəçilik modelini yaşatmaqdadır. Yəni insanları incitmək, rüşvət almaq üçün bəhanələr gətirmək... Üstəlik, öz hərisliyi ucbatından dövlətin iqtisadiyyatına və aqrar sahəyə ziyan vurmaqdadır. İş adamları tez-tez bu cür əngəllərlə üzləşir. Onların məhsulları buraxılmır, min cür əsassız səbəblər göstərilir. Bu qurum yarandığı gündən belədir, fəaliyyəti korrupsiya - rüşvət üzərində qurulub, sahibkarlara qənim kəsilib. Misal üçün sahibkarlar pomidor ixracında əsassız maneələrə rast gəlir. Məlumdur ki, pomidor ixracının 80 faizi Rusiya bazarlarına gedir. Belə bir tələbat dövründə isə AQTA Rusiya bazarlarına pomidor daşınmasına imkan vermir. Sahibkarların sözlərinə görə, Avropa bazarlarına pomidor ixracının payı son dərəcə azdır, əsas yeri Rusiya tutur. Bildirilir ki, AQTA laboratoriyanın cavabını belə 3 sutkaya verə bilmir. Misal üçün Tovuzda pomidor üçün götürülən nümunə hökmən Bakıya getməli, orada laborator ekspertiza olmalıdır. Bu isə bir maşının 4 gün ortada qalması deməkdir. Operativlik olmadığından həmi məhsul Avropaya necə gedib sağlam çıxa bilər?! Sahibkarlara və istehsalçılara şablon xarakterli cavablar verən AQTA niyə regionlarda laboratoriyaların sayını artırmır? Sahibkarlar qeyd edirlər ki, qurum regionlarda laboratoriyalar tikə bilər. Onların dediyinə görə, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsələr də, Rusiyanın pomidor ixracına qoyduğu qadağanı ləğv etdiyini bildirsələr də, Agentlik onlara pomidor ixracına yenə problem yaradır. Ancaq göstərilən əsas fakt ondan ibarətdir ki, kvota məsələsini bəhanə edərək icazəsi olan istixanalara belə fito sertifikat verilməsini məhdudlaşdırırlar. Maraqlı olan odur ki, "Azfrut Promo" MMC istixanasından pomidor limitsiz ixrac edilir. Bəs, səbəb nədir, niyə ayrıseçkilik edilir? Sahibkarlar soruşurlar ki, başqa istixanalardan vaqon üçün daxili fito sertifikat alınarkən maneələr olduğu halda, nə üçün "Azfrut Promo" MMC-yə bu maneə tətbiq olunmur? İç adamlarının dediyinə görə, həmin istixana Qida Təhlükəsizliyi Agentliyinin himayəsindədir. Belə desək, sədr Qoşqar Təhməzlinin biznesinə daxildir və bu məmur konkret inhisarçılıq edir. Çünki gün ərzində ölkə ərazisindən ixrac edilən pomidor məhsulun 60 faizi həmin "Azfrut Promo" MMC-nin payına düşür. Bundan əlavə, deyilir ki, sözügedən qurumun bəzi regionlarda laboratoriya qıtlığı və ixraca maneə yaratması səbəbləri araşdırılmalıdır. Çünki həmin laboratoriya nümunələrini Bakıda müayinədən keçirilməsi sahibkarı bir-iki sutka geriyə salır.




Paylaş:


Müəllif : Tarix:
14-06-2022, 09:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər