Yevlaxda ər arvadını və qonşusunu niyə güllələyib? – Dəhşətli cinayətin şok DETALLARI
Yevlax rayonunda arvadını qətlə yetirməkdə, digər şəxsi isə ağır yaralamaqda ittiham olunan 1974-cü il təvəllüdlü Mehdi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevral ayında Yevlax rayonunun Hacıselli kəndində baş verib.
Mehdi arvadı - 1977-ci il təvəllüdlü Elnarəni odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib.
Qatil eyni anda qonşuluqda yaşayan 1959-cu il təvəllüdlü İldırım Qarayevi də yaralayıb. Onun bu addımı atmasına səbəb İldırım ilə Elnarənin münasibətdə olmasından şübhələnməsi olub.
“İndi məni kimə qısqanırsan?”
İstintaq sənədlərinə görə, Mehdi 9 fevral 2022-ci ildə, səhər saat 05.30-da yaşadığı Yevlax rayonunun Hacıselli kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında olarkən arvadı Elnarəyə həmin günü iribuynuzlu heyvanları sahəyə özünün aparacağını deyib.
Bu zaman Elnarə Mehdiyə “indi məni kimə qısqanırsan?” sualını verib. Mehdi isə cavabında arvadına deyib ki, onu bir dəfə İldırımla görüb. Bundan sonra Elnarə etdiyi hərəkətlərə görə özünə haqq qazandıraraq, yaxşı etdiyini deyib. O deyib ki, ərinin sözü ilə evdə oturmayacaq, ev dustağı olmayacaq.
Qatil silahı haradan əldə edib?
Bundan əsəbiləşən Mehdi yaşadığı evin yataq otağındakı divanın altından 1993-cü ildə Ağdam rayonundan tapdığı və həmin vaxtdan evində saxladığı ov tüfəngini götürərək, Elnarəni və həmkəndlisi İldırımı öldürmək qərarına gəlib. O, tüfəngin lüləsini arvadının baş nahiyəsinə tuşlayaraq atəş açıb. Elnarə aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.
Arvadını öldürdü, qonşusunu isə...
Sonra Mehdi Elnarənin öldüyünə əmin olduqdan sonra həmin gün saat 05.50-də yaşadığı evdən 150 metr aralıda qonşuluqda yaşayan İldırımın həyətinə gəlib. O İldırımı səsləyib. İldırım eyvana çıxanda isə ona atəş açıb.
Yaralanan İldırım ailə üzvləri tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Ona xəstəxanada ilkin tibbi və cərrahiyyə yardımı göstərilib və həyatı üçün təhlükə aradan qalxıb.
Mehdi isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Hadisə ilə bağlı araşdırılan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Qatil məhkəmədə nələri açıqladı?
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisədən bir müddət əvvəl evə gələrkən İldırımı onların həyətindən çıxan görüb və buna görə onda arvadının ona İldırımla xəyanət etməsi şübhəsi yaranıb:
“Əvvəllər İldırımın bizə gəlməyindən şübhələnirdim. Buna görə mərhum arvadım Elnarə ilə aramızda mübahisə yaşanıb. Ona xəsarət yetirdiyim üçün Yevlax rayon Məhkəməsinin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olundum. Sonra Amnistiya aktına əsasən cəzadan azad olundum. Lakin mərhum arvadımın etdiyi hərəkəti bağışlaya bilmədim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, həbsdən qayıtdıqdan sonra arvadını öldürmək qərarına gəlib:
“Amma İldırımı isə öldürmək istəmədim. Müharibədə iştirak etdiyim üçün silahdan yaxşı istifadə etməyi bacarmışam. Onu öldürmək üçün kifayət qədər təcrübəyə sahib olmuşam. Lakin İldırım daim əziyyət çəksin deyə, hər dəfə bu hadisəni yada salıb, pis olsun deyə onu öldürmədim. Onu qəsdən yaraladım”.
Məhkəmənin hökmü ilə Mehdi Qarayev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2022, 17:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər