Zərdabda insan həyatı ən ucuz olanıdır... - Görünəni budur...
Zərdab rayonunun Çallı kənd sakini Samir İsayev xeyli vaxtdır ki, yataq xəstəsidir. O, təkbaşına hərəkət edə bilmir, hətta təbii ehtiyaclarını ödəmək üçün yaxınlarının köməyinə ehtiyac duyur. Onu ən çox ağrıdan budur ki, bu vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil. Çünki ailənin maddi durumu ona müalicə olunmağa imkan vermir.
“Lazımi müalicə ala bilmədiyimə görə vəziyyətim gündən-günə pisləşir”
39 yaşlı Samir İsayevin üç övladı var, heç biri yetkinlik yaşına çatmayıb. O, ailədə səhhətində problem olan yeganə adam deyil – ortancıl qızı da epilepsiya xəstəliyindən əziyyət çəkir.
“Utanıram, xəcalət çəkirəm. 65 yaşlı anam, həyat yoldaşım günü 10 manata pambığa gedir, ailə bunun hesabına dolanır. Lazım olan müalicəni ala bilmədiyimə görə vəziyyətim gündən-günə pisləşir. İmkan ancaq ağrıkəsiciyə çatır, onu alırıq. Bəzən məcbur olub Təcili Tibbi Yardım çağırırıq, onlar da gəlib, “Analgin”, “Dimedrol”, “Dibazol” vurub gedirlər. Bununla müalicə olmur axı. Evin problemləri, uşağın xəstəliyi də bir yandan…”.
“Nəinki müalicəyə, heç Bakıya getməyə pul tapmıram”
Samir İsayev danışır ki, əvvəllər Bakıda taksi fəaliyyətilə ailənin dolanışığını təmin edirdi. Bakıda qazandığı pulu Zərdaba – ailəsinə göndərirdi. Onun sözlərinə görə, sürdüyü avtomobili də bibisi oğlu vermişdi ki, uşaqları ac qalmasın. Ancaq xəstəliyə görə o maşını satıb, müalicəyə xərcləyib:
“2020-ci ildə açıq ürək əməliyyatı keçirdim. O maşını da satdım, kredit də götürdüm. Sonra məndə dağınıq skleroz xəstəliyi yarandı. 1 ay 20 günün içində üç dəfə MRT, bir dəfə KT olundum. Onda dedilər ki, dağınıq sklerozdur. Bu xəstəliyin müayinə və müalicəsi üçün xeyli vəsait lazımdır. Bakıda xəstəxanada mənə dedilər ki, “funksiya eləməliyik”. İmkanım çatmadı, elətdirmədim. Yarımçıq qayıdıb gəldim. İndi nəinki müalicəyə, heç Bakıya getməyə də imkanım çatmır”.
Çallı sakini deyir ki, durumunun ağırlığına görə Zərdab Rayon İcra Hakimiyyətindən də kömək istəyib. Onun sözlərinə görə, çətinliklə də olsa, rayona – icra başçısı Mərdan Camalzadənin qəbuluna gedib. Amma icra başçısıyla görüşə bilməyib.
“Dərdimi danışıram, mənə deyir ki, məktub yaz”
“İcra başçısı məni qəbul eləmədi, aşağıda bir qadın qəbul elədi. Ona vəziyyətimi danışdım. Dedi ki, icra hakimiyyətinin büdcəsində belə hallar üçün vəsait nəzərdə tutulmayıb. Prezidentə, vitse-prezidentə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə nə qədər məktublar yazmışam. Bizim tərəfin deputatı Jalə Əliyeva da vəziyyətimdən xəbərdardır. O, təxminən 1 il əvvəl rayona gəlmişdi, görüş keçirirdi. Onda gedib danışdım. Dərdimi danışıram, mənə deyir ki, “məktub yaz”. İnanın, artıq məktub yazıb göndərməyə də pulum çatmır…”, – gileylənir.
Samir İsayev vurğulayıb ki, əsas istəyi sağalıb ayağa qalxmaqdır. O, əlilliyə görə təqaüd almaqdan ötrü də bir sıra dövlət orqanlarına üz tutub. Deyir ki, heç olmasa, pensiyanın hesabına müalicə olunacağına ümid edirdi. Amma oradan da “yox” cavabı gəlib:
“Bədənimin bir hissəsi işləmir, mənə imtina elədilər. Bunlar kimə əlillik, pensiya verirlər? Nə müalicə oluna bilirəm, nə pensiya alıram. Demək istəyirlər ki, ayağını uzat, öl. Başqa söz tapa bilmirəm. Vətəndaşa qarşı bu qədər etinasızlıq olar?”
İmtinanın səbəbləri: “Xəstənin stasionar müalicələri yetərli deyil”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova bildirib ki, Samir İsayevin əlillik vəziyyəti Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında qiymətləndirilib. Belə nəticəyə gəliblər ki, göndəriş natamam doldurulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabı
“Xəstəliyin ağırlaşmaları diaqnostik müayinələrdə təsdiqini tapmayıb. Xəstənin köməkçi müayinələri aparılmayıb ki, hazırkı vəziyyəti, funksional pozğunluğu dəqiqləşdirilsin. Xəstənin stasionar müalicələri yetərli deyil. Xəstəyə ixtisaslaşmış müayinə məsləhət görülür”, – Mətanət Məmmədova cavabında bildirib.
İcra başçısının köməkçisi: “İmkan daxilində ona kömək ediləcək”
Zərdabın icra başçısı Mərdan Camalzadənin köməkçisi Səməd Cəfərov Meydan TV-yə bildirib ki, icra hakimiyyətinə müraciət edən bütün vətəndaşların şikayətləri araşdırılır, onlara imkan daxilində ən müxtəlif məsələlərdə yardım göstərilir:
“Məsələn, xəstəxanaya çatdırılma problemi varsa, göndərilir. İşsizliklə bağlı məsələlərin həllinə kömək göstərilir. Düzdür, ərazidə işlə təmin olunmada meyar budur ki, öncə şəhid ailələri, qazi ailələri yerləşdirilir. Amma bu o demək deyil ki, digər vətəndaşlar diqqətdən kənarda qalır. Müraciət edənlərin hamısının durumuna həssas yanaşılır. Həqiqətən ciddi ehtiyacı olan şəxslərə güc nəyə çatırsa, o qədər kömək olunur”.
İcra başçısının köməkçisi əlavə edib ki, Samir İsayevin də problemi araşdırılacaq:
“Bakıya xəstəxanaya çatdırılması və s. istiqamətlərdə imkan daxilində ona kömək ediləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-06-2022, 08:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər