Naxçıvan polis orqanlarında tətillər başlayıb: Könüllü tətillərə qarşı “katolik evliliyi” prinsipi
Naxçıvanda polis əməkdaşlarının iş rejiminə etiraz edərək tətilə çıxması intensiv hal almağa başlayıb. RegionXəbərləricom.az xəbər verir ki, Ovqat.com-un məlumatına görə, Naxçıvan MR DİN-nin Cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahin Qasımov da tətilçilərə qoşulub.
Qeyd edək ki, Muxtar Respublikada pərakəndə şəkildə “keçirilən” tətilə qoşulanların əsas tələbi işdən azad olunmalarıdır. Artıq xeyli polis əməkdaşının istefa ərizəsi ilə nazirliyə müraciət etdiyi bildirilir. Naxçıvan DİN isə polislərin bu konstitusion tələblərini yerinə yetirmir, onları müxtəlif hədələrlə işdə saxlamağa çalışır. Hədə metodları da çox sadədir: siz öz istəyinizlə işdən çıxa bilməzsiniz, siz ancaq biz ləkələyərək işdən çıxara bilərik. Bu isə o deməkdir ki, işdən çıxmaq istəyən polislərin şəxsi işinə cinayət tərkibli maddələr yazılacaq və onlar həyatlarının sonuna qədər polis orqanlarında iş tapa bilməyəcəklər.
Bir növ katolik evliliyinə bənzəyən bu tələb polislərin öz işlərinə könülsüz davam etməsinə yol açır. Könülsüz polis əməyi isə Muxtar Respublikada bir çox cinayətlərin artmasına səbəb olur. Təsadüfi deyil ki, 8 gün bundan əvvəl Naxçıvan şəhər Tunbul kəndinin poçtu qarət edilmiş və indiyədək qarətçiləri tapmaq mümkün olmamışdı. Təbii ki, bu bacarıqsızlığın ən başlıca səbəbi Naxçıvan polisinin işə həvəslə yanaşmamasıdır.
Naxçıvan MR DİN-nin “katolik evliliyi” prinsipinin sonuncu qurbanı Şahin Qasımovun keçmiş nazir Fazil Ələkbərovun oğlu Əli ilə sinif yoldaş olduğu xəbər verilir. Görünür, sabiq nazirdən sonra gözümçıxdıya salınan Ş.Qasımov çarəni Muxtar Respublikanın polis orqanlarından ayrılmaqda görür. İndiki nazir Rəşad İsmayılovun “katolik evliliyi” prinsipi isə onun bu istəyini reallaşdırmasına imkan vermir.
Bildirilir ki, Şahin Qasımov köhnə nazirin vaxtında MR DİN-in İnsan alverinə qarşı mübarizə şöbəsində rəis vəzifəsində işləyirdi. Gənc yaşda bu vəzifəyə təyin olunan polis əməkdaşının ulduzu Fazil Ələkbərovun işdən uzaqlaşdırılması ilə sönməyə başlayıb. Yeni nazir ilk əvvəl həmin şöbəni ümumiyyətlə ləğv edib. Daha sonra isə Şahin Qasımova Cinayət axtarışı idarəsində əməliyyat baş müvəkkili vəzifəsi verilib. Şahin Qasımov isə atdan düşüb eşşəyə minmək istəmədiyi üçün işdən çıxmaq istəyir. Özünə görə haqlıdır da. Dünənə qədər onun qarşısında durub hərbi salam verənlər indi Şahin Qasımovu aşağılamağa çalışırlar. Bu da istər-istəməz polis məmurunu narazı salır, onun öz vəzifəsini yerinə yetirməsinin qarşısını alır. Şahin Qasımovun Naxçıvan MR Daxili İşlər Nazirliyində artıq yük olmaq istəmədiyi üçün məzuniyyətdən geri qayıtdıqdan sonra istefa ərizəsi yazdığı bildirilir. Ərizəyə baxan isə yoxdur. Çünki “katolik evliliyi”ndə nikahı pozmaq halı nəzərdə tutulmur.
Məlumata görə, Şahin Qasımovun qardaşı Pərvin də əvvəl polis orqanlarında çalışıb. Amma onun iş fəaliyyəti köhnə nazirin dövrünə düşdüyü üçün bəxti gətirib, “katolik evliliyi” aktı bağlamaq çətinliyi ilə üzləşməyib. Öz ərizəsi ilə Nazirliyin İstintaq şöbəsinin baş müstəntiqi vəzifəsindən azad olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-06-2022, 08:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər