reklam
Regionxeberlericom.az » Gündəm » Emin Əmrullayev Mingəçevirdə onu gözləyən yüzdən çox vətəndaşı aldadaraq qaçdı

reklam

Emin Əmrullayev Mingəçevirdə onu gözləyən yüzdən çox vətəndaşı aldadaraq qaçdı















Bu gün 28 iyun 2022-ci il tarixdə Təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərində Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul etməsi nəzərdə tutulmuşdur.Həmin adı qeyd edilən rayonların sakinləri qəbula düşmək üçün saatlarla Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzinin qarşında gözləyiblər.Ancaq nazir şəkil çəkdirmək xatirinə cəmi 8 nəfər vətəndaşı qəbul edib mərkəzin arxa qapısından çıxıb gedib.Nazirin qəbuluna düşmək üçün uzaq rayonlardan gəlmiş yüzdən çox vətəndaş orada gözləməli olub.

Qəbula gələn insanlar bildiriblər ki, "bu vətəndaşlara qarşı tərbiyəsizlik və mədəniyyətsizlikdir ki, nazir Emin Əmrullayev bunu etdi.Çünki Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarının sakinləri Mingəçevir şəhərinə taksi ilə gəlib pul xərcləyiblər.Həmçinin isti havada saatlarla gözləmişik ki, nazir bizi qəbul edəcək.Biz zavallı vətəndaşlar məyus halda Emin Əmrullayevə lənət oxuya-oxuya oranı tərk etməyə məcbur oldu.Budu Azərbaycan məmurunun mədəniyyəti və tərbiyəsi."

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

Fuad Hüseynov RegionXəbərləricom.az





Paylaş:


Müəllif : Tarix:
28-06-2022, 17:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər