Göyçay rayon xəstəxanasının direktoru Yaşar Əhmədov baş bəlasına çevrilib-ŞİKAYƏT
RegionXəbərləricom.az Göyçay rayonu Poru kənd sakini Qafarov Səxavət Əlikram oğlunun sosial şəbəkədə paylaşdığı şikayətini olduğu kimi dərc edir.
"Yazaraq Sizi məlum etmək istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasında korrupsiya, özbaşınalıq, məsuliyyətsizlik pik həddə çatıb. Belə ki, həyat yoldaşım 1993-cü il təvəllüdlü Qafarova Günel Şahin qızını 28.06.2022-ci il tarixdə saat 12-30 radələrində keçirdiyi hamiməlik dövrü səbəbilə (hemotoma) ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsinə aparmışdım. İlkin qeydiyyatın ardınca onu xəstəxananın ginekologiya şöbəsinə yerləşdirdilər. Həkim müayinəsindən dərhal sonra ulturasəs müayinəsi məsləhət görülür.Buna görə həyat yoldaşımı həkimin kabineti ilə yanaşı olan USM müayinə otağına yönəldirdilər.
Deməli saat 12-52 radələridir xəstə ağrılardan və qanaxmadan qıvrıla-qıvrıla qalıb, lakin vəziyyətindən aslı olmayaraq otağın qarşısında növbə gözləməkdədir. Ağrılar içində ağır xəstə olan olan həyat yoldaşımı orada 3 saatdan çox gözlədildiyini bilib dərhal xəstəxanaya gəldim. Birbaşa direktor Yaşar Əhmədovun otağına girərək ona öz iradımı bildirdim. Direktor mənə bildirdi ki, məsələni araşdırıb həkim Gülnarə Osmanova barəsində lazım olan tədbirləri görəcəyik.
Ancaq mən, onların tədbir görəcəyinə ehtiyac duymadım. Çünki dəfələrlə belə halların şahidi olmuşdum. Bu özbaşınalıqdır ki, ağır xəstə 3 saat növbə gözlədilir.
Həmçinin ağır xəstəyə yataq şəraitində müalicə tövsiyə olunur. Bu azmış kimi, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan USM üçün 6 (altı) manat məbləğində pul (rüşvət) alırlar, mənim rəhbərliklə iradımdan sonra isə qorxuya düşərək həmin pulu geri qaytardılar. Bildiyiniz kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsilə sabitdir ki, bu əməl "Rüşvət alma (passiv rüşvətxorluq)" hesab olunur.
Yuxarıda qeyd etdiyim özbaşınalıqlar, rüşvət hallarının çoxalması xəstəxana rəhbərliyinin təcrübəsiz və ya məsuliyyətsizliyindən irəli gəlir.
Yaşar Əhmədov rüşvət hesabına bu vəzifəyə təyinat alıb deyə vətəndaşlara zülm edir.Göyçay rayon xəstəxanasında icbari tibbi sığorta nəzərə alınmır bütün müayinələr pulludur rüşvət kəllə-çarxa qalxıb.Bununda səbəbkarı direkor Yaşar Əhmədovdur.Bu adam həkimdən çox bazar alverçisinə bənzəyir.Tibbi savadı sıfır səviyyəsindədir ancaq alış-verişdə əlaçıdır.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində "Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır". Məlumunuz olsun ki, direktor Yaşar Əhmədov 2-ci qrup əlildir. "“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı maddə 2.2. əsasən "İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın" qeyd olunmuşdur.
İcbari Tibbi Sığorta, yaxud da TƏBİB vakant yerə təyin edəcəyi yeni direktoru müsabiqə vasitəsi ilə seçə bilərdi. Göyçay 128000 əhalisi olan bir rayondu və bəzi ətraf rayonlardan belə Göyçay Rayon Mərkəzi Xəstəxanasına xəstələr gəlməkdədir. Lakin olduqca maraqlı və eyni zamanda müəmmalı məsələdir ki, rayonumuzda savadlı, idarəçilik sisteminə mükəmməl yiyələnmiş kadrlar kifayət qədər olduğu halda, 2-ci qrup əlil savadsız insanı rəhbər vəzifəsinə təyin edirlər. Aqibət isə xəstəxanada olan özbaşınalıqların artması ilə nəticələnmişdir.
Göyçay rayon sakini, ictimai fəal və ən əsası qanunsuzluqlarla üzləşən vətəndaş kimi çox xahiş edirəm, dr. Gülnarə Osmanovanın həyat yoldaşıma qarşı olan davranışı, rüşvət alması tərəfinizdən obyektiv araşdırılsın, bütün bu özbaşınalıqlara səbəb olan direktor Yaşar Əhmədovun hansı müəmmalı yollarla rəhbər vəzifəsinə gəldiyi ortaya çıxarılsın.
Yazıda adları qeyd edilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:30-06-2022, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər