Ağdaşlı qazi prezidentdən kömək istəyir-MÜRACİƏT
Ağdaş rayonu Orta Ləki kənd sakini Əhmədov Rasim Ramin oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, mən 2002-ci təvəllüdlü Əhmədov Rasim Ramin oğlu 4 may 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin çağırışına əsasən həqiqi hərbi xidmətə getmişəm. Andiçmə marisiminə qədər Gəncə şəhərində yerləşən 777 saylı hərbi hissədə, daha sonra isə Tovuz rayonunda yerləşən 812 saylı hərbi hissədə xidmətə davam etmişəm. Təxminən 1 il sonra börəklərimdə yaranan şiddətli ağrılar səbəbilə öncə Gəncə şəhərində yerləşən Hərbi Hospitala, oradan da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilmişəm. İndi isə təkra müayinə və müalicə olunmağımın səbəbləri və tarixlərini Sizə təqdim edirəm:
17.03.2021 - 14.04.2021-ci il tarixədək SQ BKH-da "Soltərəfli böyrək sancısı. Sol sidik axarının aşağı 1/3-nin daşı, soltərəfli hidronefroz. Xroniki kompensə olunmuş və şəhadətləndirilərək 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir. 03.06.2021 - 18.06.2021-ci il tarixədək SQ BKH-da "Sidik daşı xəstəliyi. Sol sidik axarının daşı, soltərəfli ureterohidronefroz" diaqnozu ilə stasionar müalicədə olmuşam, 08.06.2021-ci il tarixdə "Soltərəfli URS litotlipsiya, sol ureterin stentləşməsi" cərrahiyə əməliyyatı icra edilmiş və şəhadətləndirilərək 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir. 04.08.2021-ci il tarixdə yenidən təkrar müayinədə olmuşam. HHK-nın verdiyi "Xəstəlik haqqında şəhadətnamə"də hər iki ayağımda ağrılardan şikayətləndiyim qeyd olunub. Obyektiv müayinənin məlumatları - Status localis: Sol bud-çanaq oynağında koksartrozu qeyd edilir, yeriş zamanı ağrı hissi müşayiət olunur.
Diaqnozun və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Anadangəlmə inkişaf qüsuru. Hər iki sirkə kasasının damının displaziyası, bud sümüklərinin başının yarımçıxığı, bud-çanaq oynaqlarının koksartrozu.
Beləliklə həqiqi hərbi xidməti tam olaraq başa vurmağıma cəmi 33 (otuz üç) gün qalmış xidmət etdiyim 812 saylı hərbi hissəni natamam təxrislə tərk etmişəm.
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalından verilmiş "Xəstəlik haqqında şəhadətnamə"də yuxarıda qeyd etdiyim kimi mənim mülki həyatda bir neçə il geriyə xəstə olduğum qeyd olunub. Buna baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsi tərəfindən aparılan müayinə zamanı "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir. Məhz ona görə də Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında "Ümumi xəstəlikdir" qeyd olunub. Əlbətdə, həqiqətən də mənim səhətimdə olan problem həqiqi hərbi xidmətə yararlı olmağıma imkan vermirdisə, SHXÇDX-nin Ağdaş Rayon Şöbəsi belə bir yalnış qərara görə məsuliyyət daşıyır. Bundan əlavə, əgər xidmətə yararsızlığımın mövcud olması hərbi hissədə aparılan müayinədə aşkarlanmışdırsa, olduğum hərbi hissə dərhal tədbir görməli idi. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər".
Cənab Prezident! Məlumunuz olsun ki, həqiqi hərbi xidmətdən təxris olunduğum zaman HHK-ı tərəfindən verilən "Xəstəlik haqqında şəhadətnamə"də qeyd olunmuş və yuxarıda Sizə təqdim etdiyim halıma nisbətdə hazırda xəstəliyim daha da şiddətlənib. Fiziki əmək qabiliyyətindən demək olar ki, tamamilə məhrumam. Ancaq buna baxmayaraq xəstəliyim əsasında haqqım olan əlillk ilə təmin oluna bilmirəm. Maddi imkan olmadığına görə müalicələrimi də dayandırmışam. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır" və eyni Qanunun 38-ci maddəsində "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir".
18 yaşa qədər xəstə idimsə, hərbi xidmətə yararlı kimi göndərilməyim, həqiqi hərbi xidmət müddətini tam başa vurmağıma nə az, nə çox, cəmi 33 (otuz üç) gün qalmış təxris olunmağım, xəstəliyimə baxmayaraq sosial müavinətlə təmin olunmamağım və maddi imkansızlıq səbəbilə müalicələrdən məhrum qalaraq səhətimin daha da ağırlaşması nə Azərbaycan Respublikasının Konstitusiyasında, nə Qanunlarında, nə dində, nə ədalət prinsipində, nə də insanlıqda nəzərdə tutulmamışdır.
Sizdən çox xahiş edirəm, yuxarıda qeyd etdyim qanunsuz faktlar obyektiv araşdırılsın və tezliklə məni haqqım olan əlilliklə təmin olunmağıma köməklik göstərəsiniz. Sizə öncədən öz dərin təşəkkürümü bildirirəm.
Əlaqə telefonu: 050 541-26-15
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:30-06-2022, 15:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər