Melorasiya işçilərinin VİLƏŞÇAY TALANI... - Zaur müəllimin nəzərinə...
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) tabeçiliyində olan Viləşçay Su Anbarının İstismarı İdarəsi barədə oxuculara qısa məlumat verək.
Viləşçay su anbarı Masallı rayonunda əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1986-cı ildə tikilmişdir.
Masallı rayonunda Viləşçayın üzərində tikilən su anbarının həcmi 46,0 mln. m³, torpaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulmuşdur.
Rəsmi sənədlərdə Viləşçay Su Anbarının İstismarı İdarəsinin rəisinin Mahir Arif oğlu Əliyev olduğu göstərilir.
Tərəfimizdən apardığımız araşdırma zamanı bəlli oldu ki, Mahir Əliyev hansısa səbəbdən bir ildir ki, vəzifəsindən uzaqlaşdırılıb və idarənin baş mühəndisi Rusif Kərimov idarəyə rəis təyin olunub.
Yeri gəlmişkən, onu qeyd edək ki, dövlət qurumlarının əksəriyyətinin saytları məhz bu durumdadır. Neçə il əvvəl ölən rəhbər şəxsin adı hələ də qurumun saytında qalır. Nə isə...keçək əsas mövzuya.
Bəli, Rusif Kərimov uzun müddət idarədə ikinci şəxs olub və 1 ildir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun sərəncamı ilə Rusif Kərimov həmin idarəyə rəis təyin edilib.
Onunla bağlı qısa olaraq qeyd edə bilərik ki, Kərimov Rusif Şakir oğlu 1982-ci il tarixdə Masallı Rayonun Ərkivan qəsəbəsində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin məzunu olub.
2016-ci ildən Masallı Viləşçay Su anbarı İstismarı idarəsində əvvəl mühəndis, hidrotexnik, 2017-ci ildən isə idarənin baş mühəndisi vəzifəsində işləyib. Və hazırda rəisdir.
Onu da qeyd edək ki, bu su anbarları regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.
Yəni dövlət bu sahəyə milyonlarla vəsait qoyur ki, fermerlər bundan istifadə edərək ölkədə ərzaq bolluğu yaratsın, qiymətlər ucuzlaşsın və s...
Amma məmurlar bu milyonları mənimsəyərək ölkədə ərzaq qıtlığı yaradır, süni qiymət artımına rəvac verirlər.
Təsəvvür edirsiniz, Viləşçay Su Anbarı İstismarı İdarəsi 621 min borcu olan QSC-ni tenderdə qalib elan edir.
Adamdan soruşarlar ki, bu şirkət iş görəndirsə, niyə bunun 621 min borcu var.
Axı, həm də Tender haqqında qanun bunu yolverilməz hesab edir.
Əlbəttə, söhbət özünə yaxın şirkətə pulu keçirib mənimsəməkdən gedir.
Hələ bu harasıdır..?
Fermerlərə suyu neçəyə, hansı qiymətə satmaqları daha ciddi problemdir. Axı, dövlət öz vəsaitini ayırıb ki, fermerlərə ucuz qiymətə şərait yaradılsın.
Amma keçmiş baş mühəndis, indiki rəisi olan Rusif Kərimovun öz qimətləri var.
Bütün bunlar azmış kimi Viləşçay Su Anbarı İstismar İdarəsində hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi üçün ASC-dən ayrılan vəsaitlər mənimsənilir.
İdarəyə ayrılan avadanlıqlar kimlərəsə icarəyə verilir, hər il külli miqdarda dəyəri olan yanacaq silinərək mənimsənilir. Hidrotexniki qurğuların təmiri adı altında dövlət vəsaiti silinir.
Bu məsələ də onu da qeyd edək ki, bu idarə hər ay rayonun icra başçısına nə isə verir.
Bir sözlə, idarədə maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, həmçinin su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında dövlət vəsaiti mənimsənilir.
Biz anbardakı balıq biznesi və ən dəhşətlisi anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə uzun-uzadı yazmaq istəmirik.
Bircə onu ASC-nin rəisi Zaur Mikayılovdan soruşmaq istəyirik ki, bütün bunları görmürsünüz..?
Əgər siz görə bilmirsinizsə, jurnalistlərin tapıb çıxartdığı bu faktları niyə araşdırmırsınız, çünki onların buraxdıqları səhvlər, jurnalistlərin yazdlqları yoxlayanlar üçün gəlir mənbəyidir. Bu da bizim iş prinsipimiz.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:1-07-2022, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər