İnam Kərimov seyr edir... fermerin isə ANASI AĞLAYIR... - AXI NİYƏ?!
Cəlilabad rayonunda kartof əkin sahələrində çürüyür.
Fermerlərin sözlərinə görə, əvvəllər qiymətlər münasib olsa da, son günlər məhsulun qiymətinin aşağı düşməsi onları çətin vəziyyətə salıb:
"Məhsulumuz boldur, amma alıcı yoxdur. Kartof yığımı davam edir. Məhsulun qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və məhsulun satışındakı durğunluq bizi narahat edir. Bir neçə həftə əvvəl 1 manata satdığımız faraş kartofun indiki qiyməti 25-30 qəpik civarındadır. Bu qiymətə məhsulun satılması isə ona çəkilən xərcləri belə ödəmir".
Onlar qeyd edirlər ki, kartofu məcburi dəyər-dəyməzinə satırlar:
"Sahədə qalsa, qurd yeyəcək. Həşəratlar daraşacaq, heç kim almayacaq. Riskli olsa belə, elə fermer var ki, məhsullarını hələ yığmayıb. Ola bilsin ki, qiymətlər qalxsın. Lakin havalar da isti keçir, kartofun torpağın altında çürümə riski var".
Qeyd edək ki, Cəlilabad kartofu daha çox Rusiya Federasiyasına ixrac olunur. Hazırda isə Rusiyanın müxtəlif vilayətlərində də kartof yığımının başlaması Cəlilabadda istehsal olunan kartofa tələbatı azaldıb. Mütəxəssislərin fikrincə, bölgədə emal müəssisələrinin yaradılması bu sahədəki mövcud çətinliklərin aradan qaldırılmasına kömək edə bilər. Onu da vurğulayaq ki, kənd təsərrüfatı məhsulları ilə bağlı baş verən hadisə ilk deyil. Belə ki, ötən il bölgələrdə fermerlər almanı sata bilmədikləri üçün çaya tökmüşdülər, yaxud kivi yetişdirən fermerlər artıq bu məhsula maraq göstərməyəcəklərini bildirmişdilər.
Bölgələrdə məhsullar ucuz olsa da, paytaxt bazarlarında fərqlidir. Məsələn, Bakı bazarlarında Cəlilabad kartofu 85 qəpiyə satılır.
Maraqlıdır, yerli istehsalın azlığından şikayətlənən müvafiq qurumlar bu problemi niyə həll etmir? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, mövcud problemlə bağlı xarici ölkələrin təcrübəsini misal göstərmək olar:
“Hələ mən ali məktəbdə təhsil alarkən, bu barədə Amerika təcrübəsi ilə tanış olmuşduq və konkret kartofla bağlı idi. ABŞ-ın Ayova ştatında böyük ərazilərdə kartof çox yetişdirilirdi. Əvvəllər həmin ərazidə kartof yetişən kimi çox ucuz qiymətə olur və sonra da tədricən bahalaşmağa başlayırmış. Ucuz olduğuna görə alıb ətraf bölgələrə aparırmışlar və yerli tələbat üçün ehtiyat kartof qalmırmış. Amerika hökuməti tənzimləmə proqramı həyata keçirdi. İlk olaraq müəyyənləşdirdilər ki, Ayova ştatında kartofa yerli tələbat nə qədərdir. Sonra kartofun məhsuldarlığını müəyyənləşdirdilər. Yəni bu ştatda 150 ton kartof yığılacaqsa, bunun 50 min tonu yerli tələbat üçündür, 100 min ton isə artıqdır, bazarda qalıb qiyməti ucuzlaşdıracaq. Ona görə də hökumət həmin 100 min tonu özü alır, bazara çıxarır və sabit qiymətə satılır. Bu tənzimləmə nəticəsində məhsulun qiyməti sabit qalır. Digər məhsullar üzrə də ABŞ-da bu cür tənzimləmə prosesindən istifadə edirlər. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan fermerlər sabit mühitdə bir məhsulun istehsalında ixtisaslaşa bilirlər. Bir neçə il öncə Azərbaycan bazarında sarımsaq 12 manata qədər bahalaşdı. Növbəti il sarımsaq 40-50 qəpik oldu. Nə baş verdi? Qiyməti 12 manat olduğuna görə kütləvi şəkildə hamı sarımsaq əkdi. Ona görə də sarımsağın qiyməti 20 dəfədən çox ucuzlaşdı. Sonra isə ziyana düşənlərin heç biri sarımsaq əkmədi. Hökumətin tənzimləmə proqramı olsa, fermer davamlı olaraq bir məhsul əkərək ixtisaslaşacaq. Yəni hökumət bazarda qiyməti enmə-qalxmasını tənzimləmələdir ki, sabit mühit yaransın və bunun fonunda kənd təsərrüfatı inkişaf etsin”.
Ekspertin fikrincə, bununla yanaşı, emal müəssisələri olmalıdır:
“Təxminən hər 15-20 min fermer yaşayan ərazidə müxtəlif tipli bir böyük emal müəssisəsi olmalıdır. Ancaq bunun üçün tənzimləmə proqramını təsdiqləyib istehsalı sabitləşdirmək lazımdır. Yəni ayrı-ayrı bölgələr kartof, pomidor, qarğıdalı və s. əkərsə, ona uyğun da emal müəssisəsi yaradıla bilər. Ancaq bu gün Azərbaycanda hələ ki, bu məsələnin simptomlarını belə görmürük. Bu barədə düşüncə belə yoxdur. Bəlkə də bundan heç xəbərləri yoxdur. Bu proses 80-ci illərdən Amerikada başlayıb. Dövlətin tənzimlənmə proqramı da çətin məsələdir və bunun üçün mütəxəssis lazımdır. Ancaq başqa çıxış yolu yoxdur, bu olmalıdır”.
Görünən odur ki, bu gün yerlərdə məhsullar sahələrdə qalırsa, bu, tənzimləmə proqramının olmamasının göstəricisidir. Demək ki, hələ də yerli istehsalı “çürüdərək”, idxala önəm veririk.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-07-2022, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər