reklam
Regionxeberlericom.az » Gündəm » Ucar sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə altındadır-ŞİKAYƏT

reklam

Ucar sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə altındadır-ŞİKAYƏT


















RegionXəbərləricom.az-a Ucar şəhəri N.Nərimanov küçəsi Dəmir Yolu 8 nömrəli Yaşyış binasının sakinləri tərəfindən daxil olan şikayətdə deyilir;

 "Biz bu şikayəti imza edən şəxslər Ucar şəhəri N. Nərimanov küçəsində yerləşən Dəmir Yolu 8 nömrəli yaşayış binasında yaşayırıq. Həmin bina  qəzalı vəziyyətdədir ki, hər an uça bilər.Buna görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Sözügedən binanın yüzdən çox yaşı var.Həmin binanın əsaslı təmir edilməsidə mümkün deyil. Çünki istifadə müddəti keçib tam yararsız vəziyyətdədir.Mütəxəsislər baxıb deyrlər ki, bu binanın təmiri mümkün deyil.Həttda bina 15 sm yerə çöküb. 

 Hamımız kasıb insanlarıq çörək pulumuzu güclə qazanırıq mənzili təmir etridməyə maddi imkanımız yoxdur.Həmçinin yuxarıda qeyd etdiyimiz kimi bu binanın təmir edilməsi mümkün deyil.Bu bina "Azərbaycan Dəmir Yolları" QSC-nin  balansındadır , dəmiryolçu ailələrinə  verilib.Hazırda bu binada yaşayan insanların həyat və sağlamlıqları ciddi təhlükə altındadır.

Yaşamağa başqa evimiz yoxdur çıxılmaz vəziyyətdə qalmışıq.Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərinə və digər orqanlara ərizələrə müraciətlər etmişik.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovdan və  "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərindən xahiş edirik şikayət ərizəmizi yerində bizim iştirakımızla araşdırıb təcili tədbirlər görəsiniz.

 İmza; Qasımova Xanım Hümmət qızı Əlaqə telefonu; (055) 806-97-97

Hüseynov Səfər Bahadur oğlu 

Rüşanov Rüşan Zakir oğlu

Bəşirov Yediyar Məmmədalı oğlu

Əliyeva Ofeliya Mirzəhüseyn qızı

Doluxanov Sübhan Əhməd oğlu

Musayev Rövşən Sədiyar oğlu

Süleymanova Nərgiz Əşrəf qızı"


RegionXəbərləricom.az

 




Paylaş:


Müəllif : Tarix:
6-07-2022, 08:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər