“Sahil Babayev onminlərlə hərbçini Ordudan uzaqlaşdırdı” - Polkovnikdən İTTİHAM
“Hərbçilərin pensiyası ilə bağlı məsələləri məhkəmədə mübahisələndirəcəyik. Çünki həmin sərəncam bizim üçün bütün ümidlərin kəsilməsi demək deyil. İnşallah, yaxın vaxtlarda bununla bağlı məhkəmə qərarları olacaq”. Bu sözləri Cebhe.info-ya açıqlamasında hərbçilərin pensiya məsələsi ilə bağlı narazılıqlarından danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O, Avropa Məhkəməsinə müraciət edəcəklərini açıqlayıb:
“Əgər həmin müddəaları Azərbaycan məhkəmələrində sübut edə bilməsək, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər müraciət edəcəyik. Hesab edirik ki, ölkə başçısını düzgün məlumatlandırmayıblar. Biz artıq bu məsələləri tam çılpaqlığı ilə dilə gətiririk. Bu sənədin imzalanmasına nail olan adamlar Silahlı Qüvvələrin sabahına çox böyük zərbə və balta vurmuş olurlar. Çox təəssüflər olsun ki, bu adamlar bir neçə ildən sonra Azərbaycanı Ermənistanın gününə salmaq istəyirlər. Ermənistanda bu gün sərhədi qorumaq və orduda xidmət etmək üçün insan tapılmadığı kimi bir müddət sonra Azərbaycanda da eyni mənzərənin şahidi olacağıq. Bu adamların xəbəri yoxdur ki, orduya olan belə münasibətə görə onminlərlə adam ordudan təxris olunmaq üçün müraciət edib. Bu, çox ağır bir vəziyyətdir. Çünki son onilliklərdə Azərbaycanda belə şey olmamışdı”.
Üzeyir Cəfərov əlavə edib ki, hazırda pensiyalarla bağlı xoşagəlməz mənzərə yaranıb:
“Vaxtında Səlim Müslümov da Sahil Babayevlə eyni hərəkətləri edirdi. Amma sonradan qanun onun özünə qarşı tətbiq olundu və bu gün ev dustaqlığına buraxılıb. Düşünürəm ki, Sahil Babayev, Musa Quliyev və digərləri də zamanı gələndə tarixin qara səhifəsinə düşəcəklər. Biz sadəcə olaraq hüquqi müstəvidə öz mübarizəmizi davam etdirəcəyik. Biz sübut edəcəyik ki, Silahlı Qüvvələrə və Orduya qarşı bu qərarları verdirənlər Azərbaycana çox böyük ziyan vuracaq yolu tutublar. Təəssüf ki, hazırkı mənzərə bundan ibarətdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2022, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər