reklam
Regionxeberlericom.az » Gündəm » “Mauqli” ləqəbli qazinin icra hakimiyyətinin önündə özünü yandırdığı deyilir - Fotolar

reklam

“Mauqli” ləqəbli qazinin icra hakimiyyətinin önündə özünü yandırdığı deyilir - Fotolar

















44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən, “Mauqli” ləqəbli qazi Elvin Cəfərovun Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandırdığı bildirilir.

Bu barədə qazinin qardaşı, idmançı Elnur Cəfərov məlumat yayıb. O bildirib ki, qardaşına qarşı icra hakimiyyətində haqsızlıqlar edilib. Canından bezən qazi sonda intihara əl atıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Buna görə Bakıya xəstəxanaya gətirilir.

Ötən ilin iyununda Meydan TV-yə müsahibəsində müharibədən öncə günü 10 manata fəhləlik etdiyini bildirən qazi Elvin Cəfərov savaşdan sonra aldığı travmalardan artıq işləyə bilmədiyini deyirdi.

“Problemlərim yaranıb, işləməyim mümkün deyil. Getdiyim yerlərdə də deyirlər: “Əsəbisən”. Nə edim, ailəmi necə dolandırım, bilmirəm”.

Sabirabadın Qalağayın kəndindən olan Elvin Cəfərov müharibədə 39 gün döyüşdüyünü deyirdi. O, işləyə bilmədiyindən, 78 yaşlı anasının əlinə baxdığını, ailəsini çox çətinliklə dolandırdığını bildirirdi:

“Anam çöldə-bayırda fəhləlik edir, gətirir ki, mənim ailəm dolansın. Bu, mənə çox ağırdır və əlimdən nəsə gəlməməyi pis incidir”.





Paylaş:


Müəllif : Tarix:
10-07-2022, 23:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər