"Azərişıq" şefinin QARANLIQ İSLAHATLARI... - Amma Prezident ona inanmışdı...
“Mən sizi “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəyə məsuliyyətlə yanaşacaqsınız.
Bu, çox məsuliyyətli vəzifədir və enerji təminatı hər bir ölkə üçün strateji sahədir.
“Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə – vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir.
Sizə uğurlar arzulayıram. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız”.
Bu sözləri cənab Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən söyləmişdi. Bu yüksək etimadın göstərilməsindən 2 ildən çox vaxt keçib. Görəsən V.Əhmədov Dövlət başçısının etimadını hansı dərəcədə doğruldub.
Sadəcə media üzərindən qısa araşdırma aparmaq kifayətdir ki, Azərbaycanı nura qərq edən qurumun fəaliyyətində kifayət qədər qaranlıq məqamların olmasının şahidi olasan. İlk öncə “Azərişıq” sədrinin nəhəng biznes imperiyası barəsində çoxsaylı məlumatlara rast gəlmək mümkündür. Məmur maaşının yaratdığı imkanlarla tərs mütənasib olan bu nəhəng imperiyanın maliyyə qaynaqlarının haralara dayandığını biz də çox maraq edirik. Hər halda dünyanın əksər ölkələrində dövlət qulluqçularının maliyyə hesabatları təqdim etməsi ənənəsi mövcuddur. Yəqin ki, V.Əhmədovdan belə bir deklorasiya tələb olunarsa “Azərişıq” rəhbərinin də milyonlarına işıq düşər.
V.Əhmədovun “məmur mədəniyyətinin, təvazökarlığının” digər bir nümunəsi də yaşadığı Badamdar qəsəbəsində göz oxşayır. Belə ki, digər küçələr qaranlığa qərq olunduğu halda cənab Əhmədovun yaşadığı küçə yeraltı kabellərlə yüksək səviyyədə işıqlandırılır. Qonşu küçələrin sakinləri isə “Azərişıq”ın xalqa yüksək səviyyədə göstərdiyi xidmətdən, sədrin təvazökarlığından hər gün az qala kövrəlirlər. Bu “bir küçəlik inkişaf, tərəqqi” də yəqin V.Əhmədova göstərilən yüksək etimadın təntənəsidir.
Amma diqqətimizi çəkən ən maraqlı məqam Prezidentin yüksək etimad göstərdiyi V. Əhmədovun kimlərə etimad göstərərək yüksək vəzifələrə gətirməsi oldu. Zamanında fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə cinayət məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən bir çox şəxslər nədənsə “Azərişıq” rəhbərinin diqqətini çəkib və onları bu strateji dövlət qurumunda mühüm vəzifələrə təyin edib. Çox da uzağa getməyək. Götürək hazırda “Azərişıq” ASC-nin İşlər İdarəsinin rəisi olan Sakit Baxışovu.
2007-ci ildə Ağır Cinayətlər üzrə Məhkəsində keçmiş İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyərkən yol verdiyi qanunsuzluqlara görə AR CM-nin 308.2 (dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (mütəşəkkil dəstə ilə rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3-cü (külli miqdrada rüşvətalma) maddələrilə təsirləndirilən Sakit Baxışovun hansı “xidmətlərinə” görə bu vəzifəyə gətirilməsini isə V.Əhmədovdan yaxşı bilən yoxdur.
AR CM-nin 179.3.1, (mütəşəkkil dəstə ilə mənimsəmə), 179.3.2 (külli miqdrada mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təsirli bilinən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakı Nazirliyinin departamentinin sabiq direktoru-Çingiz İbadov “Azərişıq” ASC-də idarə rəisinin müavinidir. Yeri gəlmişkən Ç.İbadov Barmek AEŞ MMC-nin faəliyyəti dövründə da cinayət məsuliyyətinə cəlb edilib. Yəqin ki, Ç.İbadovun təqsirli bilindiyi maddələrə diqqət etdiniz- mütəşəkkil dəstə ilə mənimsəmə, vəzifə saxtakarlığı… Görünür, V.Əhmədovdan idarə rəisinin müavini vəzifəsinə təyinat almaq üçün bundan yüksək kriteriyalar yoxdur.
Tələsməyin, bitmədi hələ. “Azərişıq”ın rəhbər kadrosunda yer alan və dosyesində “qaranlıq məqamlar” göz oxşayan şəxslərdən biri də Xalid Təhməzovdur. Bu şəxs zamanında Hərbi Prokurorluqda idarə rəisi kimi həmin strukturun işə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmri ilə vəzifədən azad edilib. Təsəvvür edin ki, bu qədər “zəngin keçmişə” malik olan X.Təhməzov ASC sədrinin müavinidir.
Prezidentin yüksək etimadını doğrultmaq üçün V.Əhmədov tərəfindən yüksək vəzifəyə gətirilənlər siyahısında “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifovun adını çəkməsək ədalətsizlik olar. Nəzarətçilikdən ASC sədrinin müavinliyinə qədər yüksələn Ramil Yusifovun da “əməl dəftəri”ndə ürək açmasa da göz oxşayan çoxsaylı faktlar var. Belə ki, hələ nəzarətçi işləyərkən Yasamalda “Şairlərin binası” deyilən binanın sakinlərinin pulunu alıb mənimsəyib, yerinə saxta qəbzlər verən R. Yusifovun bu “xidmətləri” V.Əhmədov tərəfindən unudula bilməzdi. O zaman baş verənlərə görə biabırçı qalmaqal yaranmışdı. Pulu mənimsənilən sakinlər içərisində xalq artisti Nurəddin Mehdixanlı və indiki Milli Məclisin bir deputatı da var idi. O zaman İdarənin təftiş heyəti orada yoxlamaya başlamış, nəticədə Ramil Yusifov işindən azad edilmişdi. Lakin sonradan hansısa yollarla Sumqayıtelektrikşəbəkəyə işə düzələn R.Yusifovun orada da müxtəlif yollarla böyük pullar qazanıb və özünə əməlli başlı komanda toplayıb. Həmin komandanın indi də “Azərişıq”da yüksək postları tutuqları bildirilir.
Bax beləcə V.Əhmdovun “kadr islahatları” nəticəsində “Azərişıq”ın rəhbər heyəti formalaşdırılıb. Bir daha soruşmaq istərdik ki, cənab Əhmədov hansı xidmətlərinə görə əvvəlki vəzifələrindən Cinayət Məcəlləsinin maddələri ilə qovulan şəxsləri bu qədər yüksək vəzifələrə gətirib? Bəlkə özünü Penitensiar Xidmətin rəisi kimi də təsdiq etmək istəyir, keçmişi qaranlıq olan şəxslərin ömür yoluna buy olla işıq tutur. Hər halda bu sualların cavablarını hamımız çox maraq edirik. Yəqin ki, V.Əhmədovun siyahısında öz növbəsini gözləyən belə “zəngin keçmişə” malik bir xeyli kadr da var. Çünki “Azərişıq”da işıqlı keçmiş işə yaramır, burada dosyenin qaranlıq məqamlarına üstünlük verilir. Hələ ki… //rubrika.az//
Paylaş:
Müəllif : Fuad
Tarix:13-07-2022, 10:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər