reklam
Regionxeberlericom.az » Gündəm » İntihar edən qazini çəkən də qazidir: "Videonun qalan 14 dəqiqəsi məndədir..."

reklam

İntihar edən qazini çəkən də qazidir: "Videonun qalan 14 dəqiqəsi məndədir..."












"Qardaşımın videosunu çəkən şəxsi tanıyıram. Videonun yayıldığı hissə təxminən 2 dəqiqədir. Amma qalan görüntülərin 14 dəqiqə 45 saniyəsi məndədir".
Bunu Cebhe.info-ya açıqlamasında intihar edən qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov deyib. O qardaşını ölümə "yola salan", onun son görüntülərini lentə alan şəxsin qazi olduğunu və Elvinin yasına gəldiyini deyib:
"Yasa gəldi də, getdi də. Elə həmin şəxsdən görüntüləri götürmüşəm. Sadəcə olaraq gözləyirəm ki, yasımızı bitirim. Onsuz da müəyyən qurumlar var ki, bu işlə məşğuldurlar. Hamısı araşdırılır".
Elnur Cəfərov videonu çəkib yayan qazinin adını deyə bilməyəcəyini, bunu hüquq-mühafizə orqanlarının araşdıracağını bildirib:
"Sözügedən videoda nə var, dəqiq deyə bilmərəm. Mənə zəng vururlar ki, guya kimlərləsə danışmışam. Allah heç kimi belə vəziyyətə salmasın. Bəzi sullara cavab verəcək durumum yoxdur".




Paylaş:


Müəllif : Tarix:
15-07-2022, 08:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər